Messi ilə baş məşqçi arasında insident baş verib
Bakı, 22 yanvar, AZƏRTAC
Argentina millisinin kapitanı Lionel Messi ötən ilin noyabr ayında dünya çempionatının seçmə mərhələsində Uruqvay yığmasına 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Lionel Skaloni ilə mübahisə edib.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflərin münasibəti hələ matçdan əvvəl pozulub. Komanda üzvlərinin məğlubiyyətdən sonra əyləncə məclisinə qatılmaları barədə yayılan iddialar konflikti daha da böyüdüb. Çünki argentinalılar həmin ərəfədə əsas rəqiblərindən biri olan Braziliya seçməsi ilə qarşılaşmalı idi.
Buna baxmayaraq, Messi və komanda yoldaşları səfərdə “sambaçılar” üzərində 1:0 hesablı vacib qələbə qazanıblar.
İddiaya görə, həmin qarşılaşmadan sonra L.Skaloni 2024-cü ilin yayında Argentina millisini tərk etməyi planlaşdırdığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]