METAL TƏDARÜKÜ MƏNTƏQƏSİNDƏ GÜCLÜ PARTLAYIŞ OLMUŞDUR
Ağstafa Rayon Polis Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 21-də yerli vaxtla saat 17.00 radələrində Ağstafa şəhərinin girəcəyində, Bakı-Qazax magistral yolunun yaxınlığında Əfqanıstan Veteranları Cəmiyyətinin metal tədarükü məntəqəsində güclü partlayış baş vermişdir. Hadisəyə səbəb yığılan metal arasında olan mərmi gilizlərinin ehtiyatsızlıq üzündən partlaması olmuşdur. Nəticədə ilkin məlumata görə, ətrafdakı yaşayış binalarına ciddi ziyan dəymiş, 3 nəfər həlak olmuşdur, xəsarət alanların sayı dəqiqləşdirilir.
Faktla bağlı Ağstafa və Qazax rayonlarının hüquq mühafizə orqanları araşdırma aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]