Mikayıl Cabbarov: “Yüksəliş” müsabiqəsi iştirakçılarının idarəçilik potensialı qiymətləndirilir
Bakı, 28 iyun, AZƏRTAC
Ölkəmizdə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Yarımfinalçılarla Azərbaycan iqtisadiyyatının inkişaf prioritetləri barədə müzakirələr apardıq. İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr potensialının səmərəliliyinin artmasına və ölkəmizin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək. Müsabiqə iştirakçılarına uğurlar”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:10]
Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur
- 15.10.2026 [12:06]
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
- 15.10.2026 [12:01]