“Milan” futbol klubunun sabiq baş məşqçisi İndzaqi “Benevento”ya rəhbərlik edə bilər
Bakı, 22 iyun, AZƏRTAC
“Milan” futbol klubunun sabiq baş məşqçisi Filippo İndzaqi İtaliya çempionatının ikinci divizionunun “Benevento” komandasına rəhbərlik edə bilər.
AZƏRTAC “qazeta.ru” saytına istinadla xəbər verir ki, 45 yaşlı İndzaqi baş məşqçi postunda 42 yaşlı Kristian Bukkini əvəz edəcək.
Filippo İndzaqi “Milan”a (2014-2015), “Venetsiya”ya (2016-2018) və “Bolonya”ya (2018-2019) başçılıq edib.
O, oyunçu qismində İtaliya yığmasının heyətində dünya çempionu (2006) və Avropa Çempionatının gümüş mükafatçısı (2000) adını qazanıb. “Milan”la çalışdığı dövrdə İndzaqi iki dəfə İtaliya Çempionatının və iki dəfə Çempionlar Liqasının qalibi olub.
“Benevento” ötən mövsümdə “B” seriyası çempionatında üçüncü yeri tutub. Bu, komandanın “A” seriyasına çıxması üçün “play-off”da oynamasına fürsət yaradıb, lakin bu mərhələnin yarımfinalda “Benevento” iki oyunun yekun hesabına görə “Çittadella”ya (2:1, 0:3) uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]