Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib VİDEO

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Milli Aviasiya Akademiyasının da dörd məzunu Vətən müharibəsində şəhid olub.

Tədbirdə çıxış edən Akademiyanın birinci prorektoru professor Ədalət Səmədov “Məzun günü”nə gəlmiş qonaqları təqdim edib və iştirakçılara Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin salamlarını çatdırıb.

Birinci prorektor çıxışında Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Azərbaycan torpaqlarını işğaldan azad etməsindən və bu ərazilərdə sürətlə aparılan bərpa və yenidənqurma işlərindən, tikilən beynəlxalq hava limanlarından söz açıb. O, məzunların görülən işlərə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Akademiyanın tarixinə nəzər salan professor Ədalət Səmədov buranın 1990-cı ildə Milli Aviasiya Mərkəzi kimi yaradıldığını, 1994-cü ildə “Milli Aviasiya Mərkəzi” Milli Aviasiya Akademiyası adlandırıldığını xatırladıb. Diqqətə çatdırıb ki, akademiyaya 1996-cı ildən akademik Arif Paşayev rəhbərlik edir. Bu müddət ərzində Milli Aviasiya Akademiyası şərəfli inkişaf yolu keçib. Tələbələrin sayı ildən-ilə artır. Əvvəllər bir-iki ixtisas olduğu halda, hazırda bakalavriat üzrə 21, magistratura üzrə 17, doktorantura üzrə 10 ixtisas tədris edilir.

Professor Ədalət Səmədov vurğulayıb ki, 2021-2022-ci tədris ili bir sıra əlamətdar hadisələrlə yadda qalıb. “TEKNOFEST Azərbaycan” festivalında Milli Aviasiya Akademiyasının komandaları 2 nominasiyada - “Planer” və “Pilotsuz uçuş aparatları” yarışmalarında uğurla iştirak edərək I yeri, “CanSat” yarışmasında isə II yeri tutublar.

Bu tədris ilində Milli Aviasiya Akademiyasında 1352 nəfər bakalavriat, 59 nəfər magistratura səviyyəsi üzrə təhsil alıb. Akademiyadan 396 nəfər bakalavr, 47 nəfər magistr məzun olur. Bakalavrlardan 50-si, magistrlərdən 27-si təhsili fərqlənmə diploma ilə başa vurur.

Diqqətə çatdırılıb ki, Milli Aviasiya Akademiyasının məzunları Azərbaycanda, həm də xarici ölkələrin aviaşirkətlərində çalışırlar. Akademiya ali təhsillə yanaşı, peşə ixtisas, orta ixtisas təhsilində də məzunlar yetişdirir.

Tədbirdə Milli Aviasiya Akademiyasının tarixinə dair fotoslaydlar, müasir dövrü haqqında videoçarx nümayiş olunub.

Qeyd edək ki, Akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Mülki aviasiyanı bütün istiqamətlər üzrə beynəlxalq tələblərə cavab verən milli kadrlarla təmin etməkdə Akademiya misilsiz rol oynayır.

Bu nüfuzlu təhsil və elm ocağının fəaliyyətinin əsas istiqamətlərindən biri isə hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır.

Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərcik salınıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məzunların qalib xalqın övladları olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin bütün sahələrdə inkişafın əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Nazir müavini Milli Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirən məzunların sayının yüksək olmasını xüsusi qeyd edib. O, akademik Arif Paşayevin uzaqgörənliyi sayəsində burada təlim-tədrisin yüksək səviyyədə aparıldığını, maddi-texniki bazasının möhkəmləndirildiyini vurğulayıb.

Firudin Qurbanov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək səviyyədə infrastruktur layihələri həyata keçirilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Burada gənclərin fəaliyyətinə ehtiyac olacaq. Ölkəmizdə gənclərin təhsilinə xüsusi diqqət ayrılır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsini nəzərdə tutur. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin böyük hissəsi magistratura səviyyəsini əhatə edəcək.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxışında əmək bazarının tələblərindən söz açıb. O, Akademiyanın məzunlarına daim öz üzərində işləməyi, ömürboyu öyrənməyi, yenilikçi və azad təfəkkürə malik olmağı tövsiyə edib, məzunların dövlətimizə uğurla xidmət edəcəyinə əminliyini bildirib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında məzunların müstəqil həyatının uğurlu olmasını arzu edib. O, Milli Aviasiya Akademiyasında tədrisin yüksək səviyyədə təşkil edildiyini və bu işdə rektor akademik Arif Paşayevin xüsusi əməyi olduğunu vurğulayıb. Misir Mərdanov gənclərin Azərbaycan tarixini, eləcə də müstəqillik tarixini dərindən bilməyin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov məzunlara məqsədlərinə doğru inamla irəliləməyi, özlərində dəyərlər formalaşdırmağı tövsiyə edib. Diqqətə çatdırıb ki, Vətənə sevgi, valideynlərə diqqət və qayğı, insanlara kömək etmək ən mühüm dəyərlərdir. Bu dəyərləri formalaşdıran ən yaxşı müəllim isə insanın özüdür.

Xalq şairi Nəriman Həsənzadə akademik Arif Paşayevin rəhbəri olduğu professor-müəllim kollektivinin fəaliyyətini yüksək qiymətləndirib, məzunlara uğurlar arzulayıb, öz şeirini oxuyub.

Tədbirdə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının bakalavr məzunu Aytən Cəlilova, Hava nəqliyyatı fakültəsinin uçuş mühəndisliyi ixtisasının bakalavr məzunu Fərhad Kərimov, Hava nəqliyyatı fakültəsinin hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisasının bakalavr məzunu Səbinə İbadova, Cihazqayırma mühəndisliyi ixtisasının magistr məzunu Orxan Əliyev tədrislə bağlı təəssüratlarını bölüşüblər. Onlar Akademiyada tədris üçün yüksək səviyyədə şərait yaradıldığını və tələbələrin dəstəkləndiyini vurğulayıb, müəllimlərinə təşəkkürlərini bildirib, tələblərə tövsiyələrini veriblər.

Valideynlər adından çıxış edən Zümrüd Hümbətova hər kəsi təbrik edib.

Sonra məzunlara sertifikatlar təqdim olunub.

“Məzun günü” bədii proqramla davam edib.

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH