Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Azərbaycan Tarixi Muzeyi milli yaddaşımızın, mədəni irsimizin qorunduğu müqəddəs məkandır

Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi hazırda ölkəmizin tarixi yaddaşının qorunduğu ən zəngin xəzinə, aparıcı mədəni-maarif, elmi-tədqiqat müəssisəsidir.

AZƏRTAC Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının muzeyin yaranması və keçdiyi inkişaf yolundan bəhs edən yazısını təqdim edir:

-İlk addımlarını Doğma Diyarın Tədris Muzeyi kimi atmağa başlayan muzeyin bu adına az sonra Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin ildönümü münasibətilə 1919-cu ildə açılmış, lakin fəaliyyət göstərməyə macal tapmamış İstiqlal Muzeyinin varisi kimi “İstiqlal” adı da əlavə olunmuşdur. 1920-ci ilin oktyabr ayının 25-də Xalq Maarif Komissarlığının sərəncamı ilə ona Azərbaycan SSR Dövlət Muzeyi adı verilmişdir. İlk dövlət muzeyi böyük xeyriyyəçi, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyevin sarayında fəaliyyətə başlamış, ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul etmişdir.

Azərbaycanda ilk demokratik respublikanın devrildiyi, sovet sosialist sisteminin hakimiyyətə gəldiyi zaman kəsiyində yaradılmış dövlət muzeyinin fəaliyyətinin ilk on illəri totalitar rejimin qaydalarına uyğunlaşdırılmışdır. Yeni ideoloji məfkurənin tələblərinə uyğun gəlməyən məqamların, o cümlədən bu məqamları yaradan şəxslərin aradan götürülməsi prosesi başlanmışdı. Rejimin ideoloji hökmləri başqa sahələrlə yanaşı, Azərbaycan tarixini, eləcə də xalqın tarixinin əyani güzgüsü olan muzeyi də “mədəni inqilab”ın alətinə, ideologiyanın ifadəçisinə çevirmişdi. 1928-ci ildə o vaxtadək muzeydə beş ildən artıq uğurla fəaliyyət göstərmiş, bu mədəniyyət ocağı üçün çox işlər görmüş Davud Şərifov direktor vəzifəsindən uzaqlaşdırıldı. Muzeyə yeni təyin edilmiş erməni millətindən olan direktor keçmiş İstiqlal Muzeyindən qalma, eləcə də muzey işçilərinin böyük zəhmətlə əldə etdikləri digər mühüm və qiymətli eksponatların (Azərbaycan Xalq Cümhuriyyətinin bayraqları, parlamentin materialları, İstiqlal Bəyannaməsinin əsli və s.) Moskvada açılan İnqilab Muzeyinə göndərilməsi barədə sərəncam vermişdi.

Həmin dövrdə sovet rejiminin ideologiyasına uyğun olaraq muzeylərdə görülən işlər, həyata keçirilən tədbirlər tarixin marksist dərkini təmin etməli idi. Azərbaycan Dövlət Muzeyi tarixin ideologiyalaşdırıldığı bu dövrdə - 1936-cı ildə Azərbaycan Tarixi Muzeyinə çevrildi. Bununla belə totalitar rejimin bütün qadağalarına baxmayaraq muzeyin elmi-tədqiqat sahəsində qazandığı uğurlar Azərbaycan tarixinə dair biliklərin zənginləşməsinə, yeni məqamların açılmasına təkan vermişdir.

1925-ci ildən başlayaraq 60-cı illərədək (arxeoloji işlərin aparılması EA-nın Tarix İnstitutuna həvalə edilənədək) arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və başqalarının rəhbərliyi altında Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə və başqa yerlərdə aparılmış qazıntılarla respublikanın arxeoloji mərkəzi olan muzeydə Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsası qoyulmuşdur. Məhz bu ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan materiallar ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirmiş, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynamışdır.

Muzeyin həmin dövrdən başlayaraq fəaliyyət istiqamətini dəyişməsi onun tərkibində olan təbiət, ateizm və din, ədəbiyyat, incəsənət bölmələrinin öz fondları və işçiləri ilə birlikdə ayrılaraq müstəqil quruma çevrilmələri ilə nəticələnmişdir. Muzeydə 20-ci illərdə bir şöbə kimi fəaliyyət göstərən teatr bölməsi isə artıq 1934-cü ildən şöbə müdiri Ağakərim Şərifovun başçılıq etdiyi müstəqil Teatr Muzeyinə çevrilmişdi.

1935-1940-cı illərdə sosializmin təbliğat “aləti”nə çevrilən Azərbaycan Tarixi Muzeyində (1938-1939-cu illərdə o, hətta Azərbaycan Xalqlarının Tarixi Muzeyi adlandırıldı) Sovet Azərbaycanını tərənnüm edən sərgilər təşkil olunurdu. Elə həmin illərdə muzeyin filialı olan Şirvanşahlar sarayında açılmış və XVI-XVII əsrlər Azərbaycan tarixinə həsr olunmuş sərgi də sinfi mübarizəni - zəhmətkeş kəndlilərin feodallara qarşı mübarizəsini təbliğ edirdi.

Muzeyin 1940-1953-cü illərdə fəaliyyəti isə bilavasitə Şirvanşahlar Sarayı ilə bağlı olmuşdur. 1920-ci ildən etibarən hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşən muzey həmin illərdə hökumətin xüsusi sərəncamı ilə İçərişəhərə, Şirvanşahlar sarayına köçürülmüşdü. Tağıyevin mülkü isə 1953-cü ilədək Xalq Komissarları Sovetinə verilmişdi. Ekspozisiya sahəsinin daralmasına, II Dünya müharibəsinin başlanması ilə bağlı işçilərin sayının azalmasına baxmayaraq, muzey bu dövrdə də fəaliyyətdən qalmamış, öz işini Vətənin arxeoloji tədqiqinin gücləndirilməsinə yönəltmişdi.

1953-cü ildə muzeyin yenidən Tağıyevin mülkünə qaytarılması və nəhayət, 1956-cı ilin martında yeni ekspozisiya ilə öz qapılarını tamaşaçıların üzünə açması onun fəaliyyətində yeni mərhələ olmuşdur. Məhz həmin illərdə Azərbaycanın tarixçi alimləri ümumiləşdirilmiş Vətən tarixinin yazılması üzərində işləyirdilər. Muzeyin elmi işçiləri də bu istiqamətdə fəaliyyət göstərməklə yanaşı, qədim və zəngin tariximizi eksponatların dili ilə - əyani surətdə təbliğ məqsədilə yeni ekspozisiya yaratmış, müxtəlif mövzularda sərgilər təşkil etmişdilər.

Ötən əsrin 60-cı illərindən başlayaraq muzey bilavasitə arxeoloji ekspedisiyalar təşkil etməsə də, yeni bir sahənin - sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrildi. 1968-1972-ci illərdə muzeyin əməkdaşı, tarixçi-arxeoloq Viktor Kvaçidzenin başçılıq etdiyi qəvvaslar qrupu Xəzər dənizində və sahilyanı ərazidə tədqiqat aparmış, bu gün ekspozisiyada görkəmli yer tutan sualtı arxeoloji materialları aşkar etmiş, su altında qalmış orta əsr yaşayış yerlərinin tapılması və öyrənilməsi işinin əsasını qoymuşdur.

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-də baş verən proseslər, sosial-iqtisadi böhran, Azərbaycanın Ermənistan tərəfindən qanlı münaqişəyə cəlb olunması, ictimai şüurun transformasiyası və bunun nəticəsi kimi bir çox mənəvi dəyərlərin itirilməsi cəmiyyətin bütün sahələrinə, o cümlədən muzey işinə də mənfi təsir göstərmişdi. Bu səbəbdən də sovet rejiminin iflası tarix elmində illər boyu qərarlaşmış hadisələrə obyektiv yanaşmağı zəruri edirdi.

Zaman göstərdi ki, uzun illər ərzində sovet dövrünün “nailiyyətlərini” işıqlandırmağa xidmət edən Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası cəmiyyətin yeni tələbatına cavab vermir. İnsanların bir çoxunun ağır maddi vəziyyəti, Qarabağ müharibəsinin ağrılı nəticələri, cəmiyyətdə qeyri-sabitlik və digər səbəblər də muzeyin öz tamaşaçılarını itirməsinə gətirib çıxaran amillər sırasında idi. Lakin bu obyektiv çətinliklərə baxmayaraq muzeydə tədricən zamanın yeni tələblərinə cavab verə biləcək, ictimai əhəmiyyətli mədəni və elmi tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Müstəqilliyin ilk illərində muzeydə hələ 1990-cı ildə yaradılmış və geniş rezonans doğurmuş Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sərgi davam edirdi.

Azərbaycan Tarixi Muzeyinin bugünkü inkişaf səviyyəsinə çatması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ilin noyabrında ulu öndər Heydər Əliyevin tapşırığı əsasında muzey təmirə bağlandı, 2000-ci ilin yanvarında isə birinci və ikinci mərtəbələrdə yerləşən ekspozisiyanın yığışdırılmasına və Azərbaycan tarixinin ən yeni nailiyyətlərinə, müasir muzeyşünaslıq prinsiplərinə əsaslanan ekspozisiyanın qurulmasına qərar verildi. Muzeyin kiçikhəcmli, yığcam ekspozisiyası isə binanın yalnız Şərq zalında nümayiş olunurdu.

2001-ci ildə muzeydə Dünya azərbaycanlılarının I qurultayına həsr olunmuş “Azərbaycan: dünən və bu gün”, “Azərbaycanda yəhudilər - 190 il”, ABŞ-ın Tekstil Muzeyi üçün etnoqrafik sərgilər təşkil edildi. Həmin il “Azərbaycanda dövlətçilik və onun rəmzləri” kitab-albomunun işıq üzü görməsi də böyük marağa səbəb olan hadisələr sırasındadır.

Muzeydə 2002-ci ildə dahi musiqiçi Niyazinin 90 illiyinə həsr olunan sərgi və “Maestro Niyazi” kataloqunun təqdimatının keçirilməsi də bu mədəniyyət ocağının nüfuzunun daha da yüksəlməsinə yeni təkan verdi. Həmin ilin dekabrında muzeyin 80 illiyi qeyd edildi və müvafiq sərgi açıldı.

2003-cü il boyu muzey əməkdaşları çoxdan gözlənilən yeni ekspozisiyanın yaradılması ilə məşğul olmuşlar. Böyük zəhmətin nəticəsində 2004-cü il fevralın 12-də qədim və orta əsrlər dövrünün ekspozisiyası ictimaiyyətin diqqətinə təqdim edildi. Həmin il muzeydə görkəmli alim Məmməd Qazıyevin 90 illiyinə, 1918-ci il mart soyqırımının, 20 Yanvar faciəsinin ildönümünə, “Arşın mal alan” operettasının 90 illiyinə həsr olunan sərgilər keçirildi. Muzey “Elmin qızıl fondu” və Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunan “Azərbaycan Tarix Muzeyi” kitab-albomunu nəşr etdirdi. Muzeyin təşəbbüsü ilə “Akademiya sistemində olan muzeylər və onların problemləri” və “Müasir muzey ekspozisiyasının qurulması sahəsində yeni işlər” mövzusunda seminarlar təşkil olundu.

Prezident İlham Əliyevin 2004-cü il dekabrın 30-da Azərbaycan Tarixi Muzeyini ziyarət etməsi bu mədəniyyət ocağının həyatında mühüm hadisəyə çevrildi. Dövlət başçısı bir əsrdən çox yaşı olan binanın vəziyyəti ilə maraqlandı, onun əsaslı təmirə ehtiyacı olduğunu vurğuladı. Xüsusilə qeyd etdi ki, təmir zamanı hər bir memarlıq elementi və ən əsası, binanın orijinal görkəmi saxlanılmalıdır.

Dövlət başçısının tapşırığına uyğun olaraq 2005-ci il yanvarın 15-də əsaslı təmir və bərpa işlərinin başlanması ilə əlaqədar Azərbaycan Tarixi Muzeyi müvəqqəti olaraq bağlandı. Həmin ildə muzey 5 kitab nəşr etdirdi. Onlardan ikisi - “Azərbaycan generalları” və “Azərbaycan bayraqları” kataloqları muzeyin kolleksiyası əsasında hazırlanmışdı. Həmin ilin noyabrında Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Tarixi Muzeyinə milli status verildi.

2007-ci ildə muzeyin təmiri başa çatdı və ən müasir avadanlıqla təchiz edildi. Həmin il dekabrın 28-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışında iştirak etdilər.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan, Nazirlər Kabinetinin İnvestisiya Fondundan Milli Azərbaycan Tarixi Muzeyinə eksponatların alınması və bərpası üçün 2008-2009-cu illərdə 2 milyon manat məbləğində pul vəsaitinin ayrılması tarixi əhəmiyyətli bir çox sənət nümunəsinin xalqa qaytarılmasına şərait yaratmışdır. Bu vəsaitə 4000-dək yeni eksponat alınmış, 1200 eksponat bərpa olunaraq ikinci həyatını yaşamağa başlamışdır.

Milli Azərbaycan Tarixi Muzeyi 2008-ci il mayın 7-də öz yeni ekspozisiyasını ictimaiyyətə təqdim etmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş bu əlamətdar tədbir muzeyin tarixinə onun parlaq səhifələrindən biri kimi daxil olmuşdur.

Həmin ilin sentyabrında muzeydə “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi” sərgisinin keçirilməsi də əlamətdar hadisə kimi qeyd edilməlidir.

Milli Azərbaycan Tarixi Muzeyi 2009-cu ildə Bakının İSESCO tərəfindən islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar iki böyük tədbir keçirmişdir. Onlardan biri 2009-cu ilin martında Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq elmi simpoziumu və festivalı çərçivəsində təşkil edilən eyniadlı sərgi olmuşdur. Sərgini yüksək qiymətləndirən ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzeyin kollektivinə öz təşəkkürünü bildirmişdir.

Həmin ilin noyabrında isə muzey öz tarixində ilk dəfə mötəbər beynəlxalq konfransa ev sahibliyi etmişdir. “Bakı islam mədəniyyətinin paytaxtıdır” mövzusunda keçirilən həmin elmi forumda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edirdilər. Tədbirlə eyni vaxtda burada sərginin də açılması mühüm hadisəyə çevrildi. Nümayiş etdirilən 200-dən çox muzey eksponatı qədim Bakının islam sivilizasiyasının erkən dövrlərindən müasir vaxtadək tarixini əks etdirmişdir.

Ölkəmizin mədəni həyatında mühüm rol oynayan Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il 16 mart tarixli Sərəncamı ilə dövlət səviyyəsində qeyd edilmişdir. Yubiley ili çərçivəsində muzeydə 6 sərgi təşkil olunmuş, bir respublika və bir beynəlxalq elmi konfrans keçirilmiş, 11 adda müxtəlif kitab nəşr edilmişdir. Muzeyin Azərbaycan və ingilis dillərində saytı yaradılmışdır. Yubiley tədbirləri 1-3 noyabr tarixlərində keçirilmiş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq konfrans və noyabrın 24-də təşkil olunan təntənəli mərasimlə başa çatdırılmışdır.

2011-ci il martın 16-da dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Azərbaycan Tarixi Muzeyinə 1 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına əhalidən 3 minədək nadir tarixi eksponat satın alınmışdır. Alınan əşyalar içərisində tarixin müxtəlif dövrlərinə aid nadir əlyazmalar, silahlar, məişət əşyaları, xalçalar və digər eksponatlar vardır. Həmin əşyalar muzeydə keçirilmiş “İrsimizin itirilməmiş inciləri” sərgisində nümayiş olunmuşdur. Həmçinin 5300-dən artıq arxeoloji parça, dəmir, tunc əşyaları, ağac, keramika, xalça, kağız, rəsm əsərləri bərpa və konservasiya edilərək muzeydə açılmış növbəti sərgidə nümayiş etdirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyi 2011-ci ildə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişdir. Martın 21-dən aprelin 3-dək muzeyin sərgi zalında VI Beynəlxalq türk sənəti sərgisi keçirilmiş, iyunun 28-dən iyulun 2-dək “Muzeylərin müasir durumu və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Oktyabrın 6-7-də muzeydə müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirilmişdir. Oktyabr ayında isə burada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə sərgi açılmışdır.

Bu cür tədbirlər cari ildə də davam etdirilir. 2012-ci ilin fevralında Muzeydə “Tur Heyerdal - tədqiqatçı və alim” sərgisi təşkil olunmuşdur.

Muzey özünün kütləvi mədəni-maarif müəssisəsi kimi funksiyasını da layiqincə həyata keçirir. Son zamanlar orta və ali məktəblərlə əlaqələr genişlənir, şagird və tələbələrlə müxtəlif mövzularda mühazirələr, viktorinalar, milli bayramlara, əlamətdar hadisələrə həsr olunan kütləvi tədbirlər keçirilir. Eyni zamanda, muzeyin əməkdaşları müxtəlif təşkilatlarda, müəssisələrdə Azərbaycan tarixinə dair mühazirələrlə çıxış edirlər.

Muzeyin 10 fondunda və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq maddi abidə qorunur. Bu kolleksiya tamaşaçıya və tədqiqatçıya ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, xalqımızın keçmişini, məişətini və mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir. Burada, həmçinin 5 elmi şöbə, o cümlədən arxeologiya, etnoqrafiya və numizmatika elmi-fond şöbələri və bərpa laboratoriyası fəaliyyət göstərir.

Muzeydə aparılan elmi-tədqiqat işləri Azərbaycanda tarix elmini inkişaf etdirməklə yanaşı, özünün ekspozisiyasını formalaşdırmaq və inkişaf etdirmək vəzifəsini də uğurla yerinə yetirir. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyavi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şahidlik edir.

Ekspozisiya Azərbaycan (Atropatena, Adurbadaqan) adlı dövlətimizin ilk dəfə 2400 il bundan əvvəl təşəkkül tapdığını təsdiqləyir.

Muzeyin xarici əlaqələri də genişdir. Biz Rusiya, Türkiyə, ABŞ, Almaniya, Çin, Norveç və başqa ölkələrlə əlaqələr qurmuşuq. Muzey Rusiyanın Dövlət Tarix Muzeyində videofilmlə (2005), Norveçdə (2007) və Almaniyada (2008) səyyar sərgilərlə çıxış etmişdir. Cari il aprelin 5-də Milli Azərbaycan Tarixi Muzeyi və Çexiya Milli Muzeyi arasında anlaşma memorandumu imzalanmışdır.

Muzey bu gün Azərbaycan Prezidentinin qayğısı ilə respublikanın çox mühüm elmi-mədəni ocağına çevrilmişdir. Onun ekspozisiyası həm nümayiş olunan zəngin materialına, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeylərinin ekspozisiyası səviyyəsindədir.

Nailə Vəlixanlı

Milli Azərbaycan Tarixi Muzeyinin

direktoru, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib