Milli Azərbaycan Tarixi Muzeyində Rza Təhmasibə aid materiallar saxlanılır
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunun materialları içərisində teatr və kino sənətimizin inkişafında əvəzsiz xidmətləri olmuş Rza Təhmasibin materialları mühafizə edilir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti əvəzsizdir. Rza Təhmasibə aid muzeydə mühafizə edilən materiallar Azərbaycan teatr tarixinin tədqiqi və təbliği baxımından böyük əhəmiyyətə malikdir.