MİLLİ BANK DOQQUZ AYA YEKUN VURMUŞDUR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İclasda idarə heyəti sədrinin birinci müavini Alim Quliyev ilin 9 ayı ərzində Milli Bankın bütün struktur bölmələri tərəfindən görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir. O, makroiqtisadi vəziyyət, bank quruculuğu və bank nəzarəti, ödəniş sistemlərinin inkişafı, bank sistemində mühasibat uçotunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid problemləri, nağd pul dövriyyəsinin təşkili, habelə daxili idarəetmənin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat vermişdir.
İclasda, həmçinin inflyasiya problemləri, bank nəzarətinin beynəlxalq standartlara uyğunlaşdırılması və ödəniş sistemlərinin yeni inkişaf strategiyası ilə əlaqədar müvafiq struktur bölmələri rəhbərlərinin məlumatları dinlənilmişdir.
Tədbirdə Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov müzakirələrə yekun vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]