MİLLİ BANK DÖVLƏT RÜSUMUNUN BÜTÜN NÖVLƏRİNİN ÖDƏNİLMƏSİNDƏN AZAD EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının fevralın 16-da keçirilmiş birgə iclasında “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Milli Məclisin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” və digər qanun layihələri müzakirə olunmuşdur. Bildirilmişdir ki, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Müflisləşmə və iflas haqqında”, “Dövlət rüsumu haqqında”, “Siyasi partiyalar haqqında” qanunlara təklif olunan əlavə və dəyişikliklərdə deyilir ki, iflas prosesinə başlanmasının ümumi qaydaları Milli Banka şamil oluna bilməz. Milli Bank, həmçinin dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azad edilir. Milli Bankın idarə heyətinin üzvlərinə siyasi partiyaların üzvü olması da qanunla qadağan edilir.
Sonra digər məsələlərə baxılmış və qanun layihələrinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]