MİLLİ ELMLƏR AKADEMİYASININ NAXÇIVAN BÖLMƏSİNDƏ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirin böyük əhəmiyyətindən danışmış, ölkəmizin Prezidenti İlham Əliyevin Naxçıvana rəsmi səfərinin yekunları və bununla bağlı bölmə əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Konfransda AMEA Naxçıvan bölməsi onomastika şöbəsinin müdiri, filologiya elmləri namizədi Firudin Rzayev “Onomastik vahidlər “Böyük Ermənistan”ın mövcudluğunu təkzib edir”, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi, AMEA Naxçıvan bölməsinin qədim və orta əsrlər bölməsinin müdiri Fəxrəddin Səfərli “Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər”, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvana ermənilərin ərazi iddiaları və tarixi həqiqətlər”, AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikası florasının nadir monotip fəsilə nümayəndələri” mövzularında məruzələr ilə çıxış etmişlər.
Konfransın ikinci günü bölmə iclaslarında məruzə və mühazirələr dinlənilmişdir.