Milli İncəsənət Muzeyində konsert keçirilib



Bakı, 21 iyun, AZƏRTAC
İyunun 20-də Milli İncəsənət Muzeyinin İtaliya zalında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Salmanlının “Musiqi naxışları” adlı sinif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, təntənəli konsert tədbirində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının istedadlı tələbələri Rasimə Abdullayeva, Məryəm Məmmədova, Maya İsmayıllı, Gülnar Qədirova, Kubra Həşimli, Gülnar İrşadi, Fidan Muxtarova əsrarəngiz ifaları ilə dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdilər.
Konsert proqramında aşağıdakı əsərlər səsləndirilib:
F.Şopen "Skertso" op.20 Nº1
İ.Brams "İntermezzo" op 117 Nº2
P.Çaykovski "Düşüncə" op.72 no 5
K.Debüssi "Sevinc adası", "Uşaq guşəsi" fortepiano süitası
S.Prokofyev "Merkusio" ("Romeo və Culyetta" fortepiano üçün süitasından)
Q.Qarayev "Don Kixot" simfonik qravürləri (işləmə F.Qarayev), "Yeddi gözəl" baletindən "Vals" (işləmə - Z.Vitkind).
Yüksək peşəkarlıqla təşkil olunmuş konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, böyük hərarətlə qarşılandı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [21:00]
Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO
- 09.07.2025 [20:48]
Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO
- 09.07.2025 [19:21]
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09.07.2025 [17:13]
“Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09.07.2025 [14:24]
İcazə sistemində yeniliklər və Qarabağın dirçəlişi - ŞƏRH
- 09.07.2025 [14:14]
Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib
- 09.07.2025 [13:16]