Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılacaq
Bakı, 15 mart, AZƏRTAC
Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş yer-göyü nura- hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli-baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Milli İncəsənət Muzeyi martın 16-da “Novruz ahəngi” adlı sərgi təşkil edəcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamların ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.
Ziyarətçilər bayram əhval-ruhiyyəli “Novruz ahəngi” sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış ola biləcəklər.
Qeyd edək ki, sərginin açılışı mərasim şəklində təşkil olunmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]