Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər

Bakı, 25 avqust (AZƏRTAC). Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ərazilərimizin 20 faizinin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, ölkəmizin informasiya blokadasına alınması, ictimai-siyasi sabitliyin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində iqtisadiyyatın bütün sahələrində tənəzzül başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı. Keçmiş SSRİ-nin respublikaları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin kəsilməsi, ölkəmizdə qeyri-sabitliyin mövcudluğu, maliyyə və texniki təchizatın sıfıra enməsi neft və qaz sənayesini ağır böhran vəziyyətinə salmışdı. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir vaxtda xalqımız xilaskar oğluna - dahi Heydər Əliyevə müraciət etdi.

Yenidən siyasi hakimiyyətə gələn ümummilli lideri Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı, maliyyə vəziyyəti yaxşılaşdı, investisiyaların məbləği ildən-ilə artdı, xalqın həyat səviyyəsi yüksəldi, Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir Azərbaycan modelinin yaranması idi.

Azərbaycan iqtisadi sahədə qazandığı ilk ən böyük uğur 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Azərbaycan haqqında dünyada təsəvvürün olmadığı və yaxud respublikamız barəsində yalnız mənfi rəylərin formalaşdığı bir vaxtda Heydər Əliyev səkkiz inkişaf etmiş qüdrətli dövləti təmsil edən 11 neft şirkəti ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanmış bu möhtəşəm sənəd ən azından ölkəmizi dünyaya tanıdan çox dəyərli iş idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.

Heydər Əliyevin özünün də vurğuladığı kimi, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar.

“Əsrin müqaviləsi”ndən sonra yeni nəqletmə kəmərlərinin çəkilməsi zərurəti yarandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına nail olundu. Bununla da ölkədə makroiqtisadi sabitlik yarandı, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşdı.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı.

Belə ki, 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizədək endirildi.

Neft gəlirləri qeyri-neft sektorunun inkişafına xərclənməyə başlandı. Azərbaycanda uzun sürən durğunluqdan sonra kənd təsərrüfatı və sənaye sürətli inkişaf yoluna çıxdı. Son 4 ildə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır.

Hazırda Azərbaycan idxaldan asılı dövlətdən ixrac edən dövlətə çevrilmişdir. Ticarətin inkişafı Azərbaycanı dünya bazarlarına çıxardı. Bu gün Azərbaycan dünyaya ənənəvi neft və qazdan əlavə, kənd təsərrüfatı və yeyinti məhsulları, tikinti materialları ixrac edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi nəticəsində yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. İqtisadiyyatımızda struktur islahatlarının aparılması, özəlləşdirmə və tоrpaq-aqrar islahatlarının uğurla reallaşması, qeyri-neft sektоrunun inkişafı ölkəmizin müstəqil iqtisadi dayaqlarının daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. 2004-2009-ci illərdə ÜDM 2,8 dəfə artaraq, onun adambaşına düşən məbləği 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır”.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması “bir pəncərə” prinsipinə uyğun təşkil edilmişdir.

Azərbaycanın iqtisadi uğurları dünyanın aparıcı maliyyə təsisatlarının diqqətindən kənarda qalmamışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il hazırlanan “Doing Business” reytinqinin 2009-cu il üçün hesabatında Azərbaycan dünya dövlətləri sırasında biznesin aparılması sahəsində ən uğurlu nəticələrə nail olmuş ölkə kimi qiymətləndirilmiş, ən islahatçı ölkə adına layiq görülmüşdür. 2007-ci ilin fevral ayında Bakıya səfərə gələn “Doing Business” hesabatının müəlliflərinin rəhbəri Semeon Djankovu qəbul edən Prezident İlham Əliyev görüşdən sonra qeyd olunan hesabatda Azərbaycanın reytinqinin yaxşılaşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər vermişdir. Məhz Prezidentin məqsədyönlü tapşırıqlarının nəticəsi olaraq Azərbaycan bir ildən sonra həmin reytinqdə 10 göstəricidən 7-si üzrə irəliləyiş əldə edərək lider olmuşdur. 2009-2010-cu illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. “Standard and Poors” beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatını əks etdirən göstəricini “Sabit”dən “Müsbət”ə yüksəltmiş, “Fitch Ratings” agentliyi isə Azərbaycana beynəlxalq səviyyəli “Sabit” investisiya reytinqi vermişdir. Həmçinin ölkəmiz bir sıra beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla sıx əlaqələr qurmuş, Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.

2011-ci ilin altı ayında ümumi daxili məhsul 0,9 faiz, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 6,2 faiz, əhalinin pul gəlirləri 17 faiz, strateji valyuta ehtiyatları 9 milyard dollar artmışdır. İnsanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaradılmışdır. Azərbaycan büdcəsi 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları həyata keçirilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra proqramlar təsdiq edilmiş və uğurla icra olunur.

Bu ilin birinci yarısında iki proqram - “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramı və 2011-2013-cü illəri əhatə edən Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı da qəbul edilmişdir. Birinci proqramda gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların həyata keçirilməsi təmin olunacaqdır. İkinci proqramda 2013-cü ilədək qəsəbələrin bütün infrastrukturunun yenilənməsi, eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulmuş, yol tikintisinə, digər infrastruktur layihələrinə əlavə vəsait ayrılmışdır.

İqtisadiyyatımızın perspektivlərinə gəldikdə isə hazırda ölkəmizdə bir neçə böyük infrastruktur layihələri həyata keçirilir. Sentyabr ayına və ilin sonunadək 40-dan çox məktəb binası, xəstəxana, poliklinika təmir ediləcək və tikiləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, yeni zolaqların, aerovağzal kompleksinin yeni müasir binasının tikintisi davam edir və 2013-cü ildə açılışı gözlənilir.

İlin sonunadək daha bir beynəlxalq aeroport Qəbələ şəhərində istifadəyə veriləcəkdir. Ələt qəsəbəsində dəniz ticarət limanının tikintisi başlanılmışdır. Bu, Xəzər hövzəsində ən böyük, müasir, gözəl və möhtəşəm dəniz ticarət limanı olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu 2012-ci ilin sonunadək istifadəyə veriləcəkdir. Müasir gəmiqayırma zavodunun tikintisi başlanmış, gübrə zavodunun təməli isə qoyulacaqdır.

Metro tikintisi sahəsində də böyük layihə icra edilir. Son üç ildə 3 yeni stansiya istifadəyə verilmişdir. 2015-ci ilədək əlavə 6 stansiyanın istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Kimya sənayesinin inkişafı üçün tədbirlər görülür, müəssisələr modernləşdirilir, yeni texnologiyalar tətbiq edilir. Sumqayıtda kimya sənayesi şəhərciyi yaradılacaq, hazırda böyük texnopark yaradılır. İlin sonunadək kənd yollarının tikintisinə də böyük vəsait ayrılacaqdır.

Bu il Azərbaycanda “Turizm ili” ilə əlaqədar Bakıda və bölgələrdə yeni, müasir hotellər istismara verilir. “Kempinski Badamdar” hotelinin artıq açılışı olmuşdur. Bakıda bu il 6 beşulduzlu, dünya brendləri sırasında olan hotellər istismara veriləcəkdir.

Bu ilin altı ayında sahibkarlığın inkişafı üçün kreditlər verilmişdir. Nəzərdə tutulan kreditlərin təxminən 60 faizi artıq verilmişdir. İlin sonunadək qalan hissə də veriləcəkdir. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük məbləğdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.

Son illərdə Prezident İlham Əliyevin fərman və sərəncamları, qəbul olunmuş qanun və qərarlar da məhz qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Bütün bu addımlar son nəticədə milli iqtisadiyyatın neft sektorundan asılılığının azaldılmasına və özəl sektorun inkişafına zəmin yaratmışdır.

Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında iqtisadi əməkdaşlıq qurulmuşdur. Ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın Azərbaycana etibarının artması ilə nəticələnən bütün bu uğurlar ulu öndər Heydər Əliyevin və onun siyasətinin dönməz davamçısı olan Prezident İlham Əliyevin titanik fəaliyyətinin bəhrəsidir.

Samirə Quliyeva

AZƏRTAC-ın müxbiri

Qeyd: “İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər” mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib