MİLLİ KİTABXANADA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Türkiyə Respublikasının yaradılmasının 82-ci ildönümünə həsr olunmuş tədbiri kitabxananın direktoru Kərim Tahirov açmışdır.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdirləri Nazir Əhmədlinin və Pərvin Məmmədovanın “Mustafa Kamal Atatürkün həyat və mübarizəsi”, “Atatürk və dil siyasəti” mövzularında məruzələri dinlənilmişdir. Məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
Azərbaycan ədəbiyyatında Atatürk obrazı da müzakirə movzusu olmuşdur.
Konfransda Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk mərkəzinin direktoru Nizami Cəfərov və başqaları çıxış etmişlər.