Milli Kitabxanada Əməkdar incəsənət xadimi Məryəm Əlizadənin yaradıcılığına həsr edilən sərgi açılıb

Bakı, 13 aprel, AZƏRTAC
Milli Kitabxanada professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Məryəm Əlizadə” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bir həftə davam edəcək sərgidə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin kitabları, rəy verdiyi, redaktoru olduğu və ön söz yazdığı əsərlər, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda dərc edilən məqalələri nümayiş olunur.
Məryəm Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər yazıların müəllifidir. O, “Qızıl Dərviş”, “Humay”, “Cəfər Cabbarlı” mükafatlarına və TÜRKSOY-un mükafatına layiq görülüb, Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [16:50]
“Bakının baharı” adlı klassik musiqi konserti təşkil olunub
- 23.04.2025 [16:15]
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
- 23.04.2025 [15:40]
Musiqili Teatr mayda maraqlı repertuar planı təqdim edir
- 23.04.2025 [15:03]
® “Nar”dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!
- 23.04.2025 [14:35]