Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb
Bakı, 12 iyul, AZƏRTAC
Milli Kitabxanada Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşləri haqqında “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, tarixi Zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]