Milli Məclis: Avropa Parlamentinin prezidenti tərəfindən göndərilmiş hər hansı məktub almamışıq
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hər hansı məktub parlamentə daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən yerli medianın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Milli Məclisə belə bir rəsmi məktub daxil olduğu zaman əlbəttə, həmin məktuba müvafiq cavab veriləcək.