MİLLİ MƏCLİS BİR SIRA SAZİŞ VƏ KONVENSİYALARI TƏSDİQ ETMİŞDİR
Qeyd olunmuşdur ki, sənədlərin təsdiqi Azərbaycanın bu ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına, vergidən yayınmanın qarşısının alınmasına şərait yaradacaqdır.
Daha sonra deputatlar Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında “Selə qarşı tədbirlər” layihəsinin maliyyələşdirilməsi üzrə Kredit Sazişi”ni müzakirə etmişlər.
Bu ilin iyul ayında Bakı şəhərində imzalanmış həmin Sazişə əsasən Asiya İnkişaf Bankı Azərbaycana 500 min ABŞ dolları məbləğində qrant və 15 milyon 336 min ABŞ dolları ekvivalentində müxtəlif valyutlarla kredit verəcəkdir.
Müzakirələrin sonunda bu sənəd də səs çoxluğu ilə təsdiq olunmuşdur.