Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilib

Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən Parlament Əməkdaşlıq Komitəsinin katiblərinin də iştirak etdikləri görüşdə Cavanşir Feyziyev sentyabrın 27-də başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat verib.

Cavanşir Feyziyev Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirib: “Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı”.

Millət vəkili son iki ildə Ermənistanın baş naziri tərəfindən atılmış təxribatçı addımlar haqqında ətraflı məlumat verib. Bildirib ki, qondarma rejim tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin keçirilməsi, saxta andiçmə mərasimi, qondarma parlamentin Şuşa şəhərinə köçürülməsi cəhdi, işğal altında olan Azərbaycan torpaqlarına Ermənistandan birbaşa yol çəkilişinə başlanması, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” şəklində məsuliyyətsiz bəyanatı və eləcə də Ermənistan müdafiə nazirinin “yeni torpaqlar uğrunda yeni müharibə” şüarı hadisələrin bu nöqtəyə gəlib çatmasına səbəb olub. Cavanşir Feyziyev bildirib ki, 27 sentyabrda Azərbaycan ərazisində yerləşdirilmiş Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutub, yüzlərlə çox ev dağıdılıb, dinc əhali arasında itkilər olub. Azərbaycan Ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün təmas xətti boyunca düşmənin hərbi obyektlərini məhv etmək əməliyyatına başlayıb və hazırda bu əməliyyatlar davam etdirilir.

Avropa Parlamentinin üzvü xanım Marina Kalyurand münaqişənin aktiv hərbi əməliyyatlar fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırıb və yenidən danışıqlar masasına qayıdılması imkanları ilə maraqlanıb.

Azərbaycanlı deputat danışıqlar masasına geri qayıtmaqla bağlı Azərbaycan tərəfinin şərtlərinin Prezident İlham Əliyev tərəfindən açıq və aydın formada ifadə olunduğunu bildirib və qeyd edib ki, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması hərbi əməliyyatların dayandırılmasına və danışıqlara başlanmasına zəmin yarada bilər. Millət vəkili bildirib ki, Azərbaycan müharibə istəmir və ona görə də 30 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini gözləyir. Lakin nə ATƏT-in Minsk qrupu, nə də digər beynəlxalq təşkilatlar bu illər ərzində münaqişənin həll olunması üçün Ermənistanı sülhə vadar edə bilmədilər və ya etmək istəmədilər. Bölgədəki bugünkü vəziyyət məhz Minsk qrupunun uğursuz fəaliyyətinin nəticəsidir.

Xanım Kalyurand millət vəkilinin, həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş edib.

Cavanşir Feyziyev yayılan bu xəbərlərin hamısının yalan məlumatlar olduğunu, Ermənistan tərəfindən belə saxta məlumatların məqsədli şəkildə yayıldığını deyib: “Bu cür məlumatların yayılması Ermənistanın əsas niyyətini reallaşdırmağa hesablanıb. Belə ki, Ermənistan bu müharibəyə üçüncü tərəfləri də cəlb etmək istəyir və buna zəmin yarada bilmək üçün guya Türkiyənin də Azərbaycanla birlikdə savaşması haqqında yalanı tirajlayır. Azərbaycan Prezidenti rəsmi şəkildə elan edib ki, Azərbaycan tərəfində heç bir xarici ölkənin əsgəri vuruşmur, Azərbaycanda heç bir muzdlu döyüşçü yoxdur və buna ehtiyac da yoxdur. Azərbaycanda hazırda yüzlərlə jurnalist fəaliyyət göstərir ki, bunların da arasında hərbi əməliyyatların getdiyi ərazilərdə olanları vardır və bu günə qədər heç bir jurnalist ermənilərin iddia etdikləri bu yalanları dəstəkləyəcək bir fakt belə tapmayıb. Müasir dövrdə texnoloji imkanlar genişdir və əgər bu deyilənlər doğru olsaydı bu imkanlarla hər hansı bir fakt ortaya qoyulardı”.

Xanım Kaljurand sabah Avropa Parlamentində bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacağını deyib. Qeyd edib ki, bu baxımdan ona verilən məlumatlar hadisələrin əsl mahiyyətini başa düşmək üçün çox faydalıdır. O bildirib ki, Avropa İttifaqında bu məsələ ilə bağlı vahid mövqe yoxdur, yanaşmalar çox haçalanır. Sonda xanım Kalyurand azərbaycanlı həmkarı ilə sıx-sıx təmasda olmaq və müntəzəm olaraq məlumat almaq istədiyini deyib. Həmsədrlər bu cür görüşlərin davamlı keçirilməsi haqqında razılığa gəliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq