MİLLİ MƏCLİS “İXRAC NƏZARƏTİ HAQQINDA” QANUN LAYİHƏSİNİ ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL ETMİŞDİR
Gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan öncə deputatlar Zəngilan rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 11-ci ildönümü və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra cari məsələlərə baxılmış və Milli Məclisin sədri deputatların qaldırdıqları problemlərə münasibət bildirmişdir.
Daha sonra “İxrac nəzarəti haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılmışdır. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, bu qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli mülkiyyətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi qaydalarını müəyyən edir. Layihənin ikinci oxunuş müzakirəsi zamanı deputatların qanunun təsir dairəsinin genişləndirilməsi və digər problemlərlə bağlı irəli sürdükləri digər təkliflər üçüncü oxunuşda nəzərə almışdır.
Layihə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunmuşdur.