Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis və İtaliya Senatı deputatlarının videokonfrans formatında görüşü keçirilib

Milli Məclis və İtaliya Senatı deputatlarının videokonfrans formatında görüşü keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının üzvləri arasında videokonfrans formatında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfransı İtaliya tərəfdən komissiyanın sədri Rosario Petroçelli açaraq görüşün təşkilinə görə azərbaycanlı həmkarlarına təşəkkürünü bildirib. Qeyd edib ki, İtaliyada Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verənlər diqqətlə izlənilir. Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən İtaliya hökuməti və xalqı tezliklə münaqişənin bitəcəyinə, qaçqın və köçkünlərin öz evlərinə qayıdacağına, Azərbaycan torpaqlarının işğalına son qoyulacağına ümid edir. Rosario Petroçelli bildirib ki, İtaliya ATƏT-in Minsk qrupuna üzv olan 13 ölkədən biri kimi hər zaman münaqişənin dinc yolla nizama salınmasını dəstəkləyib. Cənubi Qafqazda baş verənlərdən narahat olduqlarını vurğulayan komissiya sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək tələbində haqlı olduğunu deyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov italiyalı həmkarlarına Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, cəbhə xəttindəki vəziyyət barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, təcavüzkar Ermənistan 30 ildir münaqişənin sülh yolu ilə həlli məsələsinə laqeyd yanaşıb, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayıb. Qeyd edib ki, iki il əvvəl Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi isə vəziyyət bir qədər də gərginləşdi. Heç bir siyasi səriştəsi və savadı olmayan Paşinyanın “Qarabağ Ermənistandır”, “Dağlıq Qarabağ üçün mübarizə aparacağıq” kimi fikirləri, ikitərəfli danışıqların məcrasını dəyişmək, münaqişəyə separatçı “Dağlıq Qarabağ respublikası”nı 3-cü tərəf kimi cəlb etmək istəyi gərginliyi daha da artırdı.

Səməd Seyidov vurğulayıb ki, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması, sentyabrın 27-də isə düşmənin cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçməsi xalqımızı öz tarixi torpaqlarını hərb yolu ilə azad etməyə sövq etdi.

Komitə sədri Ermənistanın son günlərdə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını, cəbhə xəttindən kənarda yerləşən, ölkənin ikinci böyük şəhəri olan Gəncəyə dalbadal raket zərbələri endirərək dinc əhalini qətlə yetirməsini, mülki obyektlərin, evlərin və infrastrukturun böyük dağıntılara məruz qalmasını diqqətə çatdırdı. Bu terror nəticəsində azyaşlı uşaqların, məktəblilərin, qadınların, qocaların həlak olduğunu vurğuladı. Azərbaycan Ordusunun əks-hücuma keçdiyini, hərbi əməliyyatları öz torpağında, beynəlxalq hüquq normaları çərçivəsində apardığını bildirdi. Qeyd olundu ki, Azərbaycan bir qarış torpağını belə işğal altında qoymayacaq. Artıq müzəffər ordumuz torpaqlarımızın bir qismini azad edib.

Videokonfransda İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli qeyd edib ki, Ermənistan hakimiyyəti cəbhə xəttində Azərbaycan Ordusunun şanlı qələbələri ilə barışa bilmədiyi üçün müxtəlif hiylələrə əl atır. Bir tərəfdən münaqişəyə dini don geyindirməyə çalışır, digər tərəfdən Azərbaycan Ordusunun tərkibində muzdlu terrorçuların olduğunu iddia edir. Bundan başqa, Türkiyənin Azərbaycana hərbi dəstəyindən danışır. Amma bütün bunlar həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun tərkibində ölkəmizin vətəndaşları olan müxtəlif xalqların nümayəndələri - ruslar, beloruslar, gürcülər, ukraynalılar, yəhudilər var. Dünyanın ən tolerant dövlətlərindən biri olan Azərbaycanda multikultural dəyərlər yüksək səviyyədə inkişaf edib. İşçi qrupun rəhbəri ölkəmizdə yaşayan müxtəlif millətlərin Vətənə bağlı olduqlarını söyləyib və bunun işğalçı Ermənistanın anti-Azərbaycan təbliğatına ən parlaq və layiqli cavab olduğunu deyib. Son günlərdə rus xalqının nümayəndəsi Denis Proninin Azərbaycanın müdafiəsinə qalxaraq şəhidlik zirvəsinə ucalmasını bunun bariz nümunəsi kimi göstərib.

Azər Kərimli onu da bildirib ki, Türkiyənin Azərbaycana dəstəyi ancaq bir qardaşın digər qardaşa olan mənəvi dəstəkdir. Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizənin ilk günündən Türkiyə Azərbaycanın yanında olduğunu, xalqımızın haqq işini dəstəklədiyini açıq şəkildə bəyan etdi.

Sonra görüşdə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Sevil Mikayılova, Nigar Arpadarai, Cavanşir Feyziyev çıxış edərək ötən əsrin ən dəhşətli faciələrindən olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımından, işğal altında olan torpaqlarımızda Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdılmasından söhbət açıblar. Son günlərdə erməni silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağdan uzaqda yerləşən şəhər və qəsəbələrini, kəndlərini, burada yaşayan mülki insanları hədəfə almasından bəhs ediblər. Qeyd olunub ki, bu cür hərəkətlər Cenevrə Konvensiyasının və beynəlxalq humanitar hüququn tələblərinə ziddir, müharibə cinayətidir.

Bildirilib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə, 30 ildən bəri qaçqın və məcburi köçkün vəziyyətində olan soydaşlarımızın doğma ocaqlarında yaşamaq hüquqlarını bərpa etməyə çalışır.

Onlayn görüşdə İtaliya Senatının üzvləri Laura Garavini, Adolfo Urso, Enriko Aiminin münaqişə ilə bağlı suallarına deputatlarımız tərəfindən konkret faktlara söykənən cavablar verilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uydurulan və dünya ictimaiyyətinə təqdim edilən heç bir əsası olmayan cəfəng fikirlər Azərbaycanın ədalətli mövqeyinə kölgə salmaq cəhdidir. Ermənistan müxtəlif hiylələrə əl ataraq uydurma “erməni soyqırımı” iddiası ilə çıxış edir, Azərbaycanın guya münaqişəni dini müstəvidə apardığını deyir.

Deputatlarımız erməni tərəfinin yalan və böhtanlarını ifşa edən məlumatları qonaqların diqqətinə çatdıraraq, İtaliya Senatı üzvlərini Ermənistan nümayəndələri ilə görüşlərdə onların reallıqdan uzaq olan iddialarına uymamağa çağırıb, Azərbaycan tərəfinin münaqişəyə dair təqdim etdiyi tarixi faktlara əsaslanan sənədləri nəzərə alaraq, məsələyə ədalətli yanaşacaqlarına inamlarını ifadə ediblər.

Videokonfransın sonunda İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Rosario Petroçelli aparılan fikir mübadiləsinin səmərəli olduğunu bildirib, tezliklə koronavirus pandemiyasının bitməsi və normal şəraitdə qarşılıqlı görüşlərin keçirilməsi arzusunu ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub