MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Oktyabrın 9-da Milli Məclisdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun üzvləri ölkəmizdə qonaq olan Böyük Britaniya parlamenti icmalar palatasının üzvü Con MakUilyamla görüşmüşlər.
Səmimilik və dostluq şəraitində keçən görüşdə ölkələrimizin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərinə dair faydalı fikir mübadiləsi aparıldı. Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli qonağa Azərbaycan parlamentinin fəaliyyəti və strukturu, ictimai-siyasi və iqtisadi islahatların həyata keçirilməsində rolu haqqında ətraflı məlumat verdi. O, Azərbaycan parlamenti deputatlarının Avropa Şurasının, ATƏT-in və NATO-nun parlament assambleyalarında iştirakından da danışdı.
Dostluq qrupunun üzvləri xüsusi vurğuladılar ki, böyük demokratik ənənələri olan İngiltərə parlamentinin təcrübəsini öyrənmək Azərbaycan Milli Məclisinin deputatları üçün çox vacibdir.
Con MakUilyam Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin xoş arzularını azərbaycanlı həmkarlarına yetirdi, cəmiyyətin demokratikləşdirilməsi sahəsində ölkəmizin qazandığı nailiyyətləri yüksək qiymətləndirdi. Qonaq Böyük Britaniya parlamenti palatlarının fəaliyyətindən mtraflı bəhs etdi, öz ölkəsinin qanunvericilik orqanı nümayəndələrinin qanun yaradıcılığı prosesində azərbaycanlı həmkarlarına kömək göstərməyə hazır olduqlarını nəzərə çarpdırdı.
Görüşdə ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı söhbət oldu.