Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Milli Məclisdə “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları ilə yanaşı, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, alimlər iştirak ediblər.

Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək deyib ki, bəşəriyyət və insanlıq əleyhinə dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının törədilməsindən 24 il keçir. İnsanlığın bir qismi Xocalı soyqırımını günün hadisəsi kimi qəbul edir, bir qismi yolverilməz olduğunu düşünür, əksəriyyəti isə görməzlikdən gəlirdi, lakin bu faciənin ən ağrılı tərəflərini Azərbaycan xalqı yaşadı. Bu illər ərzində belə cinayətlə, faciə ilə üzləşməyə layiq olmadığımızı düşündük. Çünki Azərbaycan inkişafının bütün mərhələlərində sülhsevər, dinc, digər etnik qruplarla, müxtəlif din daşıyıcıları ilə eyni mühiti, ərazini, mədəniyyəti bölüşür. Bu müddət ərzində müstəqil dövlət kimi bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə və qaydalara sığır.

Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan dövləti ötən müddətdə həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində hərtərəfli fəaliyyət göstərib. Hər il Xocalı soyqırımı ərəfəsində istər ölkə daxilində, istərsə də xaricdə keçirilən tədbirlər daha da intensivləşir. Belə tədbirlər keçirilməklə bu cinayəti törədənlərin ədalət mühakiməsi qarşısında dayanması tələb edilir. Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də bütün lazımi addımlar atılır.

Bahar Muradova vurğulayıb ki, Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyindən münasibət yalnız ulu öndər Heydər Əliyev tərəfindən göstərilib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq qurumlara ilk dəfə olaraq Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edildi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl, müəyyən hədəflərə söykənən fəaliyyəti olduğunu, Xocalı soyqırımının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu sübut etdik. Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etsin. Hazırda heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də, buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş cinayətlərin açıq-aşkar nümunəsidir. Bu cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Həmin vasitələrə yol açmaq üçün ilk növbədə ölkənin daxilində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və axtarışa verilib. Müəyyən edilmiş şəxslərin Azərbaycanda mühakimə olunması üçün obyektiv əngəllər olsa da, istintaq zamanı əldə edilmiş məlumatlar, işin faktiki halları beynəlxalq müstəvidə çıxış etmək üçün möhkəm bünövrəni təşkil edir.

Müasir dünyada insan hüquqlarının pozulmasına yol vermiş şəxslərin və dövlətlərin məsuliyyətə cəlb edilməsinin iki mümkün üsulu var: birincisi, universal yurisdiksiyanı tanıyan dövlətlərin məhkəmələrinə, ikincisi isə beynəlxalq məhkəmələrə müraciət etmək. Xocalı soyqırımı ilə əlaqədar hər iki imkan araşdırılıb və müvafiq tədbirlər artıq həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəyən zərərin Ermənistan tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda məsələnin qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən gənc hüquqşünaslar da cəlb edilib. Misal üçün, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvləri tam təmənnasız olaraq minlərlə qaçqın və məcburi köçkün ailələri ilə görüşlər keçirib, söhbətlər aparıblar. Nəticədə Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki erməni təcavüzü nəticəsində insanların mülki hüququnun pozulması, həmçinin şəxsi və ailə həyatının toxunulmazlığı, ayrı-seçkiliyin qadağan edilməsi məsələsi qaldırılıb. Bundan əlavə, Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa qitəsinin sakinlərinin hüquq və azadlıqlarını qorumaq vəzifəsi olan Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi gündəliyi olan quruma çevrilir. Təşkilatın iştirakçı dövlətlərdə müstəqil məhkəmə sisteminin fəaliyyətini tələb edən qurum hazırda müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir. Məhz buna görə minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün ərizələri on ildən artıqdır ki, baxılmamış qalır. Azərbaycan xalqına xəyanət edənlərin, öz şəxsi maraqlarını vətəndən yüksək tutanların ərizələri isə prioritet qaydasında altı, yeddi ay ərzində baxılır.

Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bu faktı öz çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb. Əgər beynəlxalq birlik İkinci Dünya müharibəsinin dəhşətlərindən düzgün nəticə çıxarsaydı müxtəlif coğrafi məkanlarda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər baş verməzdi. Hər bir halda insanlığın əsaslarını sarsıdan bu cür əməllər törətmiş şəxslər layiq olduğu cəzanı alacaqlar.

Qeyd edilib ki, Haaqa Məhkəməsində bir çox hadisələrlə bağlı məhkəmə fəaliyyət göstərsə də, təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Orada bir nəfərin ölümü ilə bağlı məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı hadisəsi ilə bağlı yoxdur. Bu isə beynəlxalq ikili standartların nəticəsidir.

Xocalı faciəsi zamanı Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmamışdı. Bu, yalnız 1999-cu ildə Cinayət Məcəlləsində öz əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyaları ratifikasiya edilərək Cinayət Məcəlləsinə köçürüldü. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsi ilə bağlı müddəa olmasa da, cinayət işi qaldırıla bilər.

Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərə bağlı cinayət işi həmin il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başlanılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bütün cinayət işləri bir icraatda birləşdirilib.

2005-ci ilin mayında cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə olunduqdan sonra həmin ilin iyulunda cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək, hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində istintaq edilir.

Xocalı soyqırımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib və həmin şəxslər axtarışa verilib. Həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İctimai müzakirədə çıxış edən Milli Məclisin deputatları və QHT nümayəndələri Xocalı soyqırımının dəhşətlərindən bəhs edərək bildiriblər ki, dünya ictimaiyyətinin bu soyqırımını tanımamağa mənəvi haqqı yoxdur. Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Xocalı soyqırımının dünya birliyi tərəfindən tanıdılması məsələsində səylər daha da artırılmalı, imkanlar geniş şəkildə səfərbər edilməlidir. Xaricdə Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilərkən auditoriya düzgün seçilməlidir. Xocalı faciəsi auditoriyaya hissi və emosional formada çatdırılmalıdır. Bu istiqamətdə Azərbaycan ədəbiyyatı və kino sənayesinin üzərinə böyük vəzifələr düşür.

Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərin önəmi qeyd edilib, soyqırımını törədənlərin gec-tez öz layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir