Milli Məclisə keçirilən budəfəki seçkilər xalqımızın həyatında mühüm bir mərhələ olacaq
Bakı, 9 fevral, AZƏRTAC
Məntəqədə seçkilərin ədalətli və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb. İstər komissiya üzvləri, istər siyasi partiyalardan olan müşahidəçilər, istərsə də müstəqil müşahidəçilər öz üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlirlər. Seçkinin gedişini işıqlandıran yerli və əcnəbi jurnalistlərin işləməsi üçün də hər cür şərait var.
Bu sözləri 36 saylı Xətai dördüncü seçki dairəsinin 9 saylı məntəqəsində müşahidəçi Zərifə İsmayılova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
O, məntəqədə seçkilərin gedişi barədə də öz fikirlərini bildirib: “Səhər saatlarında məntəqəyə gələrək seçkiləri müşahidə etməyə başlamışam. Bizim məntəqədə digər siyasi partiyaların da müşahidəçiləri var. Seçkilər çox şəffaf və obyektiv keçir. Hava şəraitinin çətinliyinə baxmayaraq seçicilər çox böyük coşqu ilə məntəqəyə gəlir və istədikləri namizədə səs verirlər. Çox yaxşı haldır ki, sərt havaya baxmayaraq məntəqəyə gələnlər arasında gənclər və orta yaşlılarla yanaşı, yuxarı yaşlılar və qocalar da var. Gün ərzində heç bir kənar müdaxilə halları ilə rastlaşmadıq. Şübhəsiz ki, Milli Məclisə keçirilən budəfəki seçkilər demokratiya yolunda daha bir uğurlu addım və xalqımızın həyatında çox mühüm bir mərhələ olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]