Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin deputatı: Avropa Şurasının da Azərbaycan qarşısında vəzifə və öhdəlikləri var

Milli Məclisin deputatı: Avropa Şurasının da Azərbaycan qarşısında vəzifə və öhdəlikləri var

Strasburq, 11 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyətləri” və “Azərbaycanın Avropa Şurasında həmsədrliyi - insan haqlarına münasibətdə gözlənilən inkişaf” adlı məruzələrlə bağlı müzakirələr zamanı bu təşkilatdakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun fikirləri Assambleyanın katibliyi tərəfindən nəşr edilərək yayılıb.

Bəyanatının əvvəlində Rafael Hüseynov Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan və Avropa Şurası ilə ölkəmiz arasındakı əlaqələrin səmərəli nəticələrindən bəhs edib.

“Düz bir həftə sonra Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə əlamətdar hadisə baş verəcək, ölkə öz dövlət müstəqilliyini bərpa etməsinin 26-cı il dönümünü qeyd edəcək. Gələn il Azərbaycan Respublikasının 100 illiyi təntənə ilə bayram ediləcək. Azərbaycan maddi və mənəvi sərvətlərlə zəngin ölkədir. Lakin bütün sərvətlərin zirvəsində dayanan məhz bu nemət - ölkənin müstəqilliyi, xalqın istiqlal içərisində yaşamasıdır. Son 26 il ərzində Azərbaycan dövlət müstəqilliyi, aparılan müstəqil siyasət sayəsində çox böyük inkişafa nail olub. Ancaq müstəqil dövlət kimi tanınan, təşkilatımızın üzvü olan dövlətlərin hamısı tam müstəqil siyasət yürüdə bilmir, bəzilərinin müstəqilliyi sırf rəmzi səciyyə daşıyır, onlar kənardan idarə edilir, etiraf etdikləri kimi qonşu dövlətin forpostu funksiyasını yerinə yetirirlər.

Ötən illərə nəzər salsaq görərik ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində demokratik təsisatların inkişafı baxımından böyük irəliləyişlərə nail olub. 70 il qapalı rejim içərisində yaşamış ölkənin qazandığı bu nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Avropa Şurasındakı fəaliyyətinin ilk vaxtlarından Azərbaycana qarşı müstəqillik və demokratik inkişaf tarixi ondan qat-qat uzun olan ölkələrlə eyni tələblər irəli sürülüb. Əlbəttə, bu həm doğru, həm də müəyyən qədər maksimalist yanaşmadır. Yəni demokratiya yolunu tutmusansa, digərləri ilə eyni müstəvidəsən, onlarla ayaqlaşmaq, dəyərlər baxımından onlarla eyniləşmək borcundur. Ancaq müstəqillik, demokratik inkişafa uzun illərdir başlayan ölkələrin daha təcrübəli olmaları, Azərbaycan kimi yeni müstəqil dövlətlərin, gənc demokratiyaların isə bu çətin yolda köməyə daha çox ehtiyac duymaları da nəzərə alınmalıdır. Azərbaycanı öz siyasi təsir dairəsinə qatmağa çalışan dövlətlər və güclərin onu daim kənardan müxtəlif iqtisadi və siyasi təzyiqlərə məruz qoyması da unudulmamalı, Azərbaycan kimi ölkələrə daha həssas münasibət və dəstək göstərilməlidir. Lakin təəssüf ki, bəzən elə həmin qüvvələrin təsiri ilə Avropa Şurasında da zahirən onların özlərinin iştirakı olmadan, lakin onların bilavasitə təsiri ilə güclü təzyiqlər təşkil olunur. Azərbaycan nümunəsində bunu xüsusilə son dövrdə bütün aydınlığı ilə hiss edirik”-, deyə Milli Məclisin deputatı vurğulayıb.

Avropa Şurasının da Azərbaycan qarşısında öhdəliyinin olduğunu bildirən Rafael Hüseynov illərdən bəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ problemi ilə bağlı qurumun özünün qəbul etdiyi qətnamənin real həllini tapması istiqamətində kəsərli addım atmadığına təəssüflənib.

“Azərbaycanın nəyə nail olub, hansı kəsirlərinin hələ də qalması məsələsini araşdırarkən həmişə ölkənin müharibə vəziyyətində olması, 25 ildən artıq müddətdə ərazilərinin beşdə bir hissəsinin işğal altında saxlanması, 1 milyondan çox qaçqın və köçkünün saysız problemləri ilə hər gün üz-üzə qalması da nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirməyə səy göstərib. Amma Avropa Şurasının da Azərbaycan qarşısında böyük bir öhdəliyi var. Azərbaycan ərazilərinin işğalının müəllifi olan digər üzv dövləti bu təcavüzə son qoymağa vadar etmək. Təəssüf ki, Avropa Şurası bu haqda hələ 2005-ci ildə rəsmən qətnamə qəbul etsə də, həmin sənədin icrası ilə bağlı son 10 ildən artıq dövrdə bircə addım da irəliləməyib. Başqalarından öhdəliklərini, vəzifələrini yerinə yetirməyi tələb edərkən, bir özünə də baxmalısan. Terrorizmi dövlət siyasətinə çevirmiş, kriminal rejim tərəfindən idarə olunan, iqtisadiyyatı çökmüş, əhalisi gündən-günə daha dərin səfalətə uğrayan Ermənistan nümayəndələrinin Avropa Şurasında hər dəfə yüksələn, irəliləyən Azərbaycan və onun rəhbərliyi haqqında yalanlar, böhtanlarla dolu sayıqlamaları ikrah və gülüş doğurur. Bu saxta çıxışları edənlər öz ölkələrini yaxşı tanıyırlar, əziyyət içərisində olan, ölkədəki səfalətə dözməyərək axın-axın Ermənistanı birdəfəlik tərk edən naəlac ermənilər də onların bu sözlərini eşidirlər. Belə bir məsəl var: “Utanmasan oynamağa nə var ki!” və həmin sözlər bu qəbil çürük bəyanat və çıxışlara çox yaraşır”.

“Azərbaycanın demokratik dəyərlərə sadiq və xalqını sevən ləyaqətli rəhbərliyi, əzmkar xalqı var və kimlərinsə tələblərindən asılı olmayaraq ölkəmizin müasir dünya tələbləri ilə yüksəlməsi yolunda ardıcıllıq. Heç bir qərəzli, ədalətsiz yanaşma, heç bir qarayaxma və şər kampaniyası, heç bir bədxah təzyiq Azərbaycanı bu doğru yolundan döndərə bilməz”,- deyə R.Hüseynov Azərbaycanın bütün təzyiqlərə və yaradılan maneələrə baxmayaraq, seçdiyi demokratik inkişaf yolundan dönməyəcəyinə əminliyini bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AÇG üzrə əməliyyat və əsaslı məsrəflərə xərclənən vəsait açıqlanıb

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır

Nazir: Yaşıl enerji sahəsində Azərbaycanın pozitiv beynəlxalq mövqeyi var

Aralıq dənizinin dibində ən yüksək enerjiyə malik olan kosmik neytrino aşkar edilib

Deputat: Azərbaycanın uğurlu inkişaf modeli bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir

Azərbaycan Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini Daimi Arbitraj Məhkəməsinə təqdim edib

Ötən il “Şahdəniz”dən 28 milyard kubmetr qaz hasil edilib

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin təbliğinə dair müzakirələr aparılıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

® FCHAIN beynəlxalq arenada fəaliyyətini genişləndirir

Mikayıl Cabbarov: Əmək müqavilələrinin sayı 33 faiz artıb

Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb

SOCAR Xəzər regionunda ilk dəfə “Leucipa” monitorinq proqramının tətbiqinə başlayır

Azərbaycan Prezidenti: Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır

Nazir: Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34 faiz olub

Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb

Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi – Məqalə

Prezident: Azərbaycan yüksək inkişaf potensialına malik dinamik iqtisadiyyata sahibdir

“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına

Tovuzda hündürlükdən yıxılan kənd sakini xəstəxanada ölüb

Avropa Liqası: “Fənərbağça”nın ev, “Qalatasaray”ın səfər sınağı

Bu gün Ümumdünya Radio Günüdür

Amerikalı ekspert: Birləşmiş Ştatlar üçün Azərbaycanla əməkdaşlıq baxımından böyük fürsət var

Bakıda “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumu keçirilir

Prezident İlham Əliyev Paraqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Binə stadionunun ot örtüyü yenilənib - FOTOLAR

Türkiyə Prezidenti Pakistana səfər edib

Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb

Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

Göygöl rayonunda Topalhəsənli-Kərəmli yolu əsaslı şəkildə yenidən qurulub VİDEO

Olaf Şolts yenidən Kansler seçilmək şansını qiymətləndirib

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ Dövlət katibi Yaxın Şərqə ilk səfərini edəcək

Fransada restorana qumbara atılıb, azı 12 nəfər yaralanıb

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

USAID-in Balkan regionundakı “fəaliyyəti”

3D çaplı qapaq ürək xəstəliklərinin müalicəsində inqilab yarada bilər - TƏDQİQAT

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir

Almaniya Ukraynaya 100-ə yaxın idarə olunan raket verir

Nazir: Türkiyə ilin sonuna qədər svop sxemi ilə 1.3 milyard kubmetr Türkmənistan qazı alacaq

Tədqiqat: Qan dövranını yaxşılaşdıran siqnal molekulu piylənmə ilə əlaqəli insulin müqavimətini artırır

Almaniya Kansleri seçki kampaniyasının sonuncu mərhələsində irqçilik ittihamı ilə üzləşib

KXDR Cənubi Koreya hava hərəkətinə nəzarət əlaqəsini kəsir

Çempionlar Liqası: “Bavariya”dan səfər qələbəsi, “Milan” “Feyenoord”a uduzub

“Liverpul” Mersisayd derbisində qələbəni əldən verib

Pentaqon: ABŞ enerji resurslarının qiymətini aşağı salmaqla Rusiyanı danışıqlara məcbur edəcək

Zelenski: Kiyev ABŞ-dan təbii ehtiyatlarla bağlı saziş layihəsi alıb

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər

Putinlə Tramp arasında telefon danışığı olub

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Azərbaycanda keçiriləcək MDB Oyunlarında digər ölkələrin idmançıları da çıxış edə bilərlər

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib

UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir

İlon Mask NATO-nu tamamilə yenidən qurmağa çağırıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu - ŞƏRH

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsi ilə qlobal siyasətdə diqqət çəkən bütün suallara aydınlıq gətirdi ŞƏRH

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar müəyyənləşib

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Ötən il “Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib

Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir MÜSAHİBƏ

Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib