MİLLİ MƏCLİSİN DEPUTATI MƏRUZƏNİ KƏSKİN TƏNQİD ETMİŞDİR
Məruzə ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış etmişdir. Milli Məclisin deputatı məruzəni kəskin tənqid etmiş, ölkəmizin transsərhəd sularının Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı ciddi faktların məruzədə əksini tapmamasını problemə birtərəfli yanaşma kimi dəyərləndirmişdir. Deputatımızın çıxışı sessiyanın iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Məruzəçi L.Toşev çıxış edərək, deputat R.Hüseynovun iradlarının tamamilə haqlı olduğunu bildirmişdir.
Azərbaycan nümayəndə heyətinin məsələ ilə bağlı təklif etdiyi bir sıra düşəlişlər səsvermə nəticəsində məruzəyə əlavə olunmuşdur.
Bununla da AŞPA-nın yay sessiyası işini başa çatdırmışdır.
Sessiyada xüsusi fəallıq göstərən Azərbaycan nümayəndə heyəti iyulun 26-da Vətənə qayıtmışdır.