MİLLİ MƏCLİSİN DEPUTATI NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin deputatı Siyavuş Novruzov NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 27-də Slovakiyanın Bratislava şəhərinə yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təşkilatın komitə iclasında “Cənubi Qafqaz respublikalarında sabitlik”, “Terrorizmlə mübarizə və vətəndaş azadlıqlarının müdafiəsi”, “Nüvə silahlarının yayılmasının qarşısının alınması”, “Avropada uşaq alverinə qarşı mübarizə” mövzularında məruzələr dinləniləcəkdir. Azərbaycan parlamentinin deputatı gündəlikdəki məsələlərə münasibətini bildirəcək, qeyd və təkliflərini verəcəkdir.
Səfər iyunun 2-də başa çatacaqdır.