Milli Məclisin deputatları Almaniyada səfərdədirlər
Bakı, 11 may, AZƏRTAC
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov Almaniyanın Berlin şəhərində səfərdədirlər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Bundestaqda bir sıra komitələrin rəhbərliyi, Elm və Siyasət Fondunun ekspertləri, Cənubi Qafqaz Dostluq Qrupunun sədri, Almaniyanın kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili və digər şəxslərlə görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafı istiqamətində fikir mübadiləsi aparacaqlar.
Səfər çərçivəsində deputatlar Humboldt-Berlin Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasında da olacaqlar.
Deputatların səfəri mayın 13-də başa çatacaq.