Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcəklər
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda Avronest Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.
Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.