MİLLİ MƏCLİSİN DEPUTATLARI GENDER BƏRABƏRLİYİNƏ DAİR SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 13-də Tbilisidə Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda gender bərabərliyinə dair seminarı keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Afət Xanbabayeva, Rövşən Rzayev, Milli Məclis Aparatı sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova və beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Əliyev iştirak edəcəklər.
Seminarda qadınların ictimai-siyasi həyatda rolu mövzusunda müzakirələr aparılacaqdır.
Səfər oktyabrın 15-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]