SİYASƏT
Milli Məclisin deputatları Strasburqda Roma Papası ilə görüşdə iştirak edəcəklər

Paris, 21 noyabr, AZƏRTAC
Roma Papası Fransis Avropa Parlamentinin dəvəti ilə noyabrın 25-də Strasburqa səfər edəcək. Səfər çərçivəsində Papa Avropa Parlamentinin və AŞPA-nın deputatları qarşısında çıxış edəcək.
Papanı görmək və xeyir-duasını eşitmək istəyən alzaslılar onu və Avropa Parlamentindəki çıxışını əsası min il bundan əvvəl qoyulmuş Katedral kilsədə quraşdırılacaq iki xüsusi ekrandan izləyə biləcəklər.
Roma Papası ilə keçiriləcək görüşdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvlərindən Sahibə Qafarova və Rafael Hüseynov da iştirak edəcəklər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris