MİLLİ MƏCLİSİN KOMİSSİYALARINDA
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Səməd Seyidov demişdir ki, cari illə müqayisədə 2005-ci ilin dövlət büdcəsinin gəlirlər və xərclər sistemindəki artım ölkəmizin iqtisadi cəhətdən əsaslı inkişafından xəbər verir. Təbiidir ki, bu cür inkişaf xarici siyasətə də öz müsbət təsirini göstərəcəkdir.
Deputatlar layihə ilə bağlı öz tövsiyələrini verdikdən sonra layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.
X X X
Həmin gün Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının da iclası olmuşdur.
Bu iclasda da Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunmuşdur.
Komissiyanın üzvləri və dəvət olunmuş şəxslər növbəti ilin dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılmasını müsbət hal kimi qiymətləndirmişlər.
Layihəni Milli Məclisin müzakirəsinə çıxarmaq tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [12:09]
Avro son 17 ayın ən aşağı səviyyəsinə enib
- 05.10.2026 [11:59]