MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclası keçirilmişdir.
İclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Komissiyanın sədri Əli Hüseynov demişdir ki, parlamentdə layihənin birinci oxunuş müzakirəsi zamanı deputatlar bir sıra irad və təkliflərlə çıxış etmişlər. İşçi qrupu onların bəzilərini nəzərə almışdır.
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərov layihəyə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verərək bildirmişdir ki, işçi qrupu 40-dan çox təklifi nəzərə almış, sənəd xeyli təkmilləşdirilmişdir. Amma müzakirələr zamanı deputatlar və dəvət olunmuş əlaqədar təşkilatların nümayəndələri yenə də layihəyə dair bir sıra təkliflər vermişlər.
Sonda layihənin yenidən işlənməsi barədə qərar qəbul edilmiş və sənəd işçi qrupuna qaytarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]