MİLLİ MƏCLİSİN KOMİSSİYASININ İCLASINDA
İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı məsələsi müzakirə olunmuşdur.
Komissiyanın sədr müavini Cahangir Hüseynov demişdir ki, ixtisasca hüquqşünas olan, əvvəllər vəkil və Səbail Rayon Məhkəməsinin sədri işləmiş İnqilab Nəsirov hazırda MSK-nın katibi vəzifəsində çalışır. O, səhhəti ilə əlaqədar işinin dəyişdirilməsi üçün müvafiq icra orqanına müraciət etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq İnqilab Nəsirovun Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyini müzakirə etmək üçün Milli Məclisə layihə təqdim etmişdir.
Komissiya üzvləri İnqilab Nəsirovun Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyini bəyənmiş və məsələnin Milli Məclisin müzakirəsinə çıxarılması haqqında qərar qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]