Milli Məclisin Komitə iclasında ali təhsildə 3 illik bakalavr proqramının tətbiqi təklif olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Dünyada ali təhsil sahəsində baş verən dəyişikliklər, o cümlədən 3 illik bakalavr proqramlarının tətbiqi Azərbaycan üçün də bu məsələyə yenidən baxmağı zəruri edir.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.
O qeyd edib ki, bu model əmək bazarının dəyişən tələbləri, universitetlərin daha çevik olması, yeni ixtisasların yaranması və təhsil xərclərinin artması ilə əlaqələndirilir.
Fariz İsmayılzadə ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə 3 illik bakalavr proqramının tətbiqi imkanlarının araşdırılmasını, bu mövzuda ictimai dinləmənin keçirilməsini və “Ali təhsil haqqında” Qanuna yenidən baxılmasını təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]