Milli Məclisin nümayəndə heyəti Buxarestdə Ümummilli Liderin abidəsini ziyarət edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Rumıniyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Buxarestdəki “Tey” parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.
Xatırladaq ki, 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olub. Dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin Buxarestdə abidəsinin qoyulması Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının təzahürüdür.