Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 28 məsələ müzakirə edilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Sahibə Qafarova Milli Məclisin deputatlarının ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin Dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildirdiklərini deyib. O xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib. Qeyd olunub ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir. COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir.

Sonra iclasda cari məsələlər müzakirə olunub.

Müzakirələrdə çıxış edən deputatlar gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini açıqlayıblar. Onlar ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibinə göndərdiyi müraciətə münasibət bildiriblər. Deputatlar insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən bu müraciətin heç bir əsası olmadığını, böhtanla dolu, dialoq ruhuna zidd fikirlərin qəbuledilməz olduğunu deyiblər.

Bildirilib ki, parlamentin bir qrup üzvünün ABŞ Konqresi üzvlərinin Azərbaycana qarşı sanksiya tətbiq etməklə əlaqədar müraciətə və çağırışlara cavab məktubu bütövlükdə Milli Məclisin və Azərbaycan xalqının iradəsi və cavabı kimi qiymətləndirilməlidir. Bu gün qüdrətli orduya, güclü iqtisadiyyata malik olan, qalib Azərbaycanı hər hansı sanksiya ilə öz yolundan döndərmək mümkün deyil. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi siyasətin mahiyyəti bütün dövlətlərlə sülh, əmin-amanlıq, təhlükəsizlik, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq etməkdən ibarətdir.

Milli Məclisin sədri bugünkü iclasın gündəliyində 28 məsələnin olduğunu deyib. O qeyd edib ki, ilk 7 məsələ ölkə Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı qərar layihələridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Zamiq Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, ölkə Prezidenti tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə vakant hakim yerlərinə təyinatlarla bağlı Milli Məclisə kassasiya və apellyasiya məhkəmələrinə namizədlərin təqdimatı daxil olub. Təqdimata əsasən, namizədlərdən 5 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, həmçinin 7 nəfərin Bakı, 4 nəfərin Gəncə, 3 nəfərin Sumqayıt, 2 nəfərin Şəki, 3 nəfərin Şirvan Apellyasiya məhkəmələrinin hakimləri təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 2 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edənlər namizədlər barədə, habelə məhkəmə-hüquq sistemi, cəmiyyətdə hüquqi maarifləndirmənin təşviq edilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin 8-ci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunudur. O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya qanunları Milli Məclisdə 2 dəfə səsə qoyulur. Bu Konstitusiya qanunu cari il aprelin 5-də Milli Məclis tərəfindən birinci səsvermədə qəbul edilib, bu gün isə ikinci səsvermədir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi həmin Konstitusiya qanunları ilə yeni qəbul edilmiş “Media haqqında” qanun arasında mövcud terminoloji ziddiyyətin aradan qaldırılmasıdır. Qeyd olunub ki, sənəddə adıçəkilən qanunların müvafiq maddələrində "kütləvi informasiya vasitələri" sözləri "media subyektləri" sözləri ilə əvəz olunur.

Konstitusiya Qanununun layihəsi II səsvermədə qəbul edilib.

S.Qafarova növbəti 8 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə əlaqədar qanun layihələri olduğunu söyləyib. Qeyd edib ki, beynəlxalq müqavilələrlə bağlı olduğuna görə bu qanun layihələri “Normativ hüquq aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək. O, gündəliyin 9-cu məsələsinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, COP29 Azərbaycan üçün iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni imkanlar yaradacaq və ölkəmizin nüfuzunu daha da artıracaq.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin əhəmiyyəti barədə öz fikirlərini açıqlayıb və rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəy verdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və hər iki qanun layihəsinin Azərbaycan və Belarus hökumətləri arasında kənd təsərrüfatının müxtəlif sektorlarında iş birliyi haqqında protokolların təsdiq edilməsi ilə bağlı olduğunu deyib.

Qeyd edilib ki, hazırkı protokollar bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məqsədilə Sazişlərə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan qismində təyin olunur. Sazişlərə bəzi anlayışların əlavə edilməsi də nəzərdə tutulur.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib.

Diqqətə çatdırılıb ki, Saziş 2024-cü il mayın 24-də Bakı şəhərində imzalanıb, 24 maddə və 7 əlavədən ibarətdir. Saziş bir ölkədə qanuni yaşamaq icazəsi olmayan şəxslərin digər ölkəyə geri qaytarılması prosedurlarını ehtiva edir. Bu cür sazişlər adətən, bir ölkədə qanunsuz yaşayan insanların öz vətənlərinə və ya yaşadıqları ölkəyə qaytarılmasını təmin etmək məqsədilə imzalanır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova növbəti üç məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, Azərbaycan və Pakistan hökumətləri arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin tənzimlənməsi ilə bağlı olduğunu söyləyib.

Sonra iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihələrinin mahiyyəti barədə məlumat verib. Bildirilib ki, hər üç Saziş Azərbaycan Respublikası hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi təqdim olunub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti 5 məsələsinin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını və bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcəyini söyləyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib. Bildirilib ki, sənəddə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddətinin (hazırda bu müddət 2025-ci il yanvarın 1-dək olan dövrü əhatə edir) uzadılması nəzərdə tutulur. Bununla da qeyd edilən enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarin 1-dən etibarən daha iki il qüvvədə olacaq. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova gündəliyin iyirminci məsələsi olan “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini müzakirəyə təqdim edib. Sənədin müzakirəsindən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Növbəti məsələ olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. Sənədin müzakirəsindən sonra layihə səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti altı məsələsinin birinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu diqqətə çatdıraraq qanun layihəsinin birinci oxunuşunun qaydalarını xatırladıb. Sonra gündəliyin 22-ci məsələsi olan Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edilib.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələni - “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O qeyd edib ki, təklif olunan dəyişikliklərin əsas məqsədi antikorrupsiya qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Sənədin müzakirəsində çıxış edən deputatlar fikirlərini və qeydlərini səsləndiriblər. Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ olan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Sənədin müzakirəsindən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin növbəti məsələsi olan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan sənədin tarixi əhəmiyyətini qeyd edib.

O bildirib ki, sənəd beynəlxalq cinayətlər kateqoriyasına təcavüz, soyqırımı, müharibə cinayətləri kimi insanlıq əleyhinə cinayətlərlə yanaşı, yeni - ekosid cinayətinin daxil edilməsini nəzərdə tutur. Ekosid cinayətinin kriminallaşdırılması ilə bağlı beynəlxalq təcrübəyə toxunan Nizami Səfərov daxili qanunvericiliyimizə "Ekosid" anlayışının gətirilməsinin vacibliyini diqqətə çatdırıb. Layihənin müzakirəsindən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin sonuncu - 28-ci məsələsinin Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərar layihəsi olduğunu deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ ilə bağlı çıxışında bu gün parlamentdə 102 işçi qrupunun rəhbərinin seçiləcəyini söyləyib. Bunun parlamentin beynəlxalq münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsinin göstəricisi olduğunu deyib. O, bu sahədə VI çağırış Milli Məclisin fəaliyyətini təqdirəlayiq hesab edib. Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib