Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib

Bakı, 13 iyul, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən və qrupun digər üzvləri ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biridir və bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Onun sözlərinə görə, bu illər ərzində münasibətlər uğurla inkişaf edərək, bir çox sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar yaradıb. Milli Məclisin sədri xüsusilə iqtisadiyyat və enerji sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Sahibə Qafarova bildirib ki, Birləşmiş Krallıq Azərbaycanın əsas ticarət tərəfdaşlarından və iqtisadiyyatımıza ən böyük investisiya qoyan ölkələrdən biridir. O, Birləşmiş Krallıq şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsini, o cümlədən ərazilərimizin minalardan təmizləmə və digər sahələrdə uğurlu əməkdaşlığı xüsusi qeyd edib. Həmçinin bütün bu tədbirlərin ikitərəfli əlaqələrimizin daha da gücləndirəcəyinə inamını ifadə edib.

Sahibə Qafarova deyib ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimiz müsbət rol oynayır və qanunverici orqanlarımızın üzvləri arasında xoş münasibətlər mövcuddur. Bu, parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıqda özünü göstərir. Hər iki ölkənin parlamentlərində İşçi qrupları uğurla fəaliyyət göstərir. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. Bu mənada Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Birləşmiş Krallığa bu ilk səfər də qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini verəcək. Sahibə Qafarova 2021-ci ildə Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini məmnunluqla xatırlayaraq, sözügedən səfərin parlamentarilərimiz arasında dialoqun daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Qanunverici orqanlarımız arasında əlaqələrin inkişafı xalqlarımız arasında qarşılıqlı hörmət, dostluq münasibətlərinin də genişlənməsinə özünəməxsus töhfələr verir.

Dostluq qrupunun üzvlərinə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqaz regionunda mövcud vəziyyət barədə məlumat verən Sahibə Qafarova bildirib ki, ölkəmiz öz gücü hesabına münaqişəni həll edib. Ermənistan ilə Azərbaycan arasında münaqişə artıq mövcud deyil. Onun sözlərinə görə, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, bütün tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Keçən ilin noyabrında Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Füzuliyə, Şuşaya səfərləri zamanı dağıntıların, törədilən vəhşiliklərin şahidi olub. Azərbaycan öz ərazilərini işğaldan azad edəndən dərhal sonra isə öz imkanları ilə bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Hazırda işğal zamanı dağılmış bütün infrastruktur bərpa olunur, Qarabağda və Şərqi Zəngəzurda yeni şəhər və kəndlər salınır. Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin olunmasını istəyir. Ona görə də Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münaqişənin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib. Buna baxmayaraq, Azərbaycanın sülh sazişi üzərində işə başlamaq təklifi hələ də cavabsız qalır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirərək qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına gedəcək. Çünki bu, regionda real sülh və sabitliyə nail olmağın yeganə yoludur. Münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni reallıqlar, yeni imkanlar yaranıb. Bu imkanların reallaşması regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verəcək.

Görüşdə çıxış edən Birləşmiş Krallıq parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, ölkəmizdə bir neçə dəfə səfərdə olduğunu, hər səfərində Azərbaycanda baş verən irimiqyaslı dəyişikliklərin şahidi olduğunu diqqətə çatdırıb. O, ölkəmizin öz ərazilərini işğaldan azad etdiyini xüsusi vurğulayaraq, hazırda Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri haqqında danışıb, ölkəmizin bölgədə daimi sülhün təmin olunması istiqamətində səylərini vurğulayıb.

Görüşdə çıxış edən hər iki tərəfdən dostluq qruplarının üzvləri qanunverici orqanlarımız arasında əməkdaşlığın dərinləşməsinin vacibliyi, Azərbaycan Milli Məclisinin sədrinin Birləşmiş Krallığa ilk səfərinin tərəflər arasında münasibətlərə verəcəyi töhfə və digər məsələlər haqqında fikirlərini bildiriblər. Dostluq qruplarının üzvləri arasında bu cür görüşlərin keçirilməsinin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

X X X

Sonra Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Qadınlar üçün sülh və təhlükəsizlik qrupunun həmsədrləri Baronessa Cenkins və Baronessa Hodcson ilə görüşüb.

Görüşdə parlamentin sədri müstəqil Azərbaycanın dost və tərəfdaş ölkə kimi Birləşmiş Krallıqla iqtisadi və ticarət əlaqələrinin gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, kommunikasiya xətlərinin açılması istiqamətində görülən işlər Avropa ölkələri, həmçinin Birləşmiş Krallıqla əməkdaşlığın daha da dərinləşməsinə yaxşı imkanlar yaradacaqdır.

Görüşdə Sahibə Qafarova Azərbaycanda qadın hüquqlarının qorunması, gender məsələləri ilə bağlı aparılan dövlət siyasəti barədə ətraflı məlumat verərək, bu gün qadınların Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəetmə orqanlarında iştirakından söz açıb. Qeyd edilib ki, hələ ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk cümhuriyyət qurmuş Azərbaycanda qadınlara seçki hüququ verilib və qadınlar bu gün Azərbaycan parlamentində və müxtəlif dövlət vəzifələrində təmsil olunurlar. Bu sahədə islahatlar və məqsədyönlü siyasət davam etməkdədir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişafı, qadınların dünyada sülh və əmin-amanlığın yaradılmasındakı rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO