MİLLİ MƏCLİSİN SƏDRİ OQTAY ƏSƏDOV BABİ YARDA NASİZM QURBANLARININ XATİRƏSİNİ ANMIŞDIR
Matəm mərasimi yarğanın cənubundakı bağçada 1976-cı ildə qoyulmuş abidənin yanında keçirilmişdir. Mərasimə dörd dövlətin başçıları, müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri, beynəlxalq siyasi, ictimai və dini təşkilatların nümayəndələri, görkəmli xadimlər, faciənin şahidləri, həlak olanların qohumları, gettonun keçmiş məhbusları və Babi Yar faciəsinin 65-cı ildönümünə həsr olunmuş “Qoy mənim xalqım yaşasın” beynəlxalq forumunun digər iştirakçıları qatılmışlar.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Milli Məclisin deputatı Fərrux Zeynalov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov da mərasimdə iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]