Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilir
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda gündəliyə daxil edilən 1 məsələ müzakirə olunur.
Komitə üzvləri İnsan orqanı və toxumalarının donorluğu və transplantasiyası haqqında qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra -orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorlarını, respiyentlərini, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.