SİYASƏT
Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Ulu Öndərin xatirəsini anıblar
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616842207803750323140_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_161684220780797820560_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/w_1616842207803549359460_1200x630.jpg)
Bakı, 16 may, AZƏRTAC
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.
Qeyd edək ki, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında 12 ölkənin parlament sədrləri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının və ölkəmizdəki diplomatik korpusun təmsilçiləri iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:55]
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO
- 02.07.2024 [17:39]
Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO
- 02.07.2024 [16:00]