Milli Paralimpiya komandamız “Tokio-2020”yə daha 11 lisenziya qazanıb
Bakı, 29 iyun, AZƏRTAC
Milli Paralimpiya komandamız “Tokio-2020” Yay Paralimpiya Oyunlarına daha 11 lisenziya əldə edib. Reytinq xalı qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın paracüdoçumuz “Tokio-2020”də iştirak hüququ qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kişilərin yarışında ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) təmsil edəcəklər.
Qadınların mübarizəsində isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.
“Rio-2016” Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 kişi və 1 qadın olmaqla ümumilikdə 7 paracüdoçu ilə təmsil olunub.
Beləliklə, milli Paralimpiya komandamızın “Tokio-2020”də qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvondo, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.
“Rio-2016” XV Yay Paralimpiya Oyunlarına Azərbaycan millisi 22 lisenziya qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]