Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə komanda yaradılıb
Bakı, 12 noyabr, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin nəzdində paravelosiped idman növü üzrə milli komanda yaradılıb.
AZƏRTAC xəbər verir ki, Amid Həsənquliyev paravelosiped üzrə yığmamıza baş məşqçi təyin edilib.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yığmanın baş məşqçisi Amid Həsənquliyev və komandanın üzvləri ilə görüşüb. Görüşdə yeni yaradılan idman növünün inkişaf etdirilməsi sahəsində görülməsi vacib olan məsələlər müzakirə olunub.