Milli Qəhrəman və Şəhid Monumentini ziyarət VİDEO
Hanoy, 19 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Vyetnam Sosialist Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 19-da Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini ziyarət etmişlər.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.