Millimiz yoxlama oyununda Gürcüstanın “Martveli” klubuna qalib gəlib
Bakı, 25 aprel, AZƏRTAC
On altı yaşadək basketbolçulardan ibarət millimizin Tbilisidə təlim-məşq toplanışı davam edir.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
Baş məşqçi Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli” klubunun U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəliblər. İkinci görüş “Dinamo Tbilisi” komandasına qarşı keçirilib. Basketbolçularımız həmyaşıdlarına 68:73 hesabı məğlub olublar.
Qeyd edək ki, hazırlıq prosesi aprelin 30-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]