MİLLİMİZİN OYUNLARININ VAXTI MÜƏYYƏNLƏŞİB
Bakı, 5 avqust (AZƏRTAC). Çimərlik futbolu üzrə Avropa Liqasının superfinalının B divizionunda Azərbaycan milli komandasının rəqibləri müəyyənləşmişdir.
AFFA-dan bildirmişlər ki, millimiz bu yarışda avqustun 19-dan 24-ə qədər iştirak edəcək. Oyunlar Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində keçiriləcək. B divizionunda millimiz Rumıniya, Türkiyə, Belarus, Yunanıstan yığması və A divizionunda sonuncu yeri tutan komanda ilə mübarizə aparacaq.
Avropa Liqasının əsasnaməsinə uyğun olaraq, A divizionunda ən zəif nəticə göstərmiş komanda B divizionuna göndərilir. B divizionunda birinci yeri tutmuş kollektiv isə A divizionunda mübarizə aparmaq hüququ qazanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]