Millimizin voleybolçusu “Yamamay” - “Firenze” görüşünün ən dəyərli oyunçusu seçilib
Bakı, 5 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının üzvü Odina Bayramovanın çıxış etdiyi “Firenze” komandası “Yamamay”ın qonağı olub.
Görüş yığmamızın üzvü üçün uğurlu olub. “Firenze”nin 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada Odina Bayramova ən dəyərli oyunçu seçilib. Millimizin kapitanı görüşdə bombardirliyə də şərik olub. O, komanda yoldaşı İndra Sorakayte ilə hamıdan çox - 14 xal toplayıb.
Hesabında 11 xal olan “Firenze” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Firenze” A seriyanın növbəti turunda “Modena” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]