Millinin baş məşqçisi: Yüksək səviyyəli futbolçular baxımından çətinliklərimiz var
Bakı, 10 oktyabr, AZƏRTAC
“Azərbaycan millisi ilə təcrübəm yaxşı keçir. Biz xeyli inkişaf etmişik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına açıqlamasında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan çempionatında əcnəbi futbolçuların çox olması yığmanın işinə kömək etmir: “Keyfiyyətli, yüksək səviyyəli futbolçular baxımından bəzi çətinliklərimiz var”.
O, daha əvvəl baş məşqçisi olduğu Albaniya millisinin hazırkı nəticələrindən də danışıb: “Onların nəticələrinə baxanda özümü xoşbəxt hiss edirəm. Möhtəşəm iş bacardılar və bu, məni çox qürurlandırır. İnanıram ki, Albaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazana biləcək. Qrupda əsas görüş Çexiya ilə olacaq. Daha sonra Moldova və Farer adaları ilə qarşılaşacaqlar. Bu görüşlərin nisbətən asan keçəcəyini düşünürəm. Albaniyanın qrupda birinci olmaq üçün şansı var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]