Mina partlayışının qurbanı olan ANAMA-nın əməkdaşı dəfn edilib - YENİLƏNİB VİDEO
Füzuli, 14 aprel, AZƏRTAC
İşğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində mina partlayışı nəticəsində həlak olan Muğan Mətilinin nəşi torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ANAMA-nın əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və vida mərasimi olub.
Sonra Muğan Mətilinin nəşi Bala Bəhmənlidə qəbiristanlıqda torpağa tapşırılıb.
12:11
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tankəleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
Müxbir-Aydın Yavərzadə