Minatəmizləmə üzrə türkiyəli ekspert: Ağdamda olan mənzərə o qədər də ürəkaçan deyil
Ağdam, 7 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
İlk dəfədir ki, Ağdama gəlirik. Burada olan mənzərə o qədər də ürəkaçan deyil. Hər yer dağılmış vəziyyətdədir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum çərçivəsində Ağdama səfər edən və Baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi ilə tanış olan minatəmizləmə üzrə türkiyəli ekspert Engin Özdəmir söyləyib.
Son illər Ağdamda çox gözəl yenidənqurma, tikinti-quruculuq prosesinin getdiyini söyləyən E.Özdəmir deyib: “Bu da türk olaraq bizləri xoşbəxt edir. Bu yerləri təmizləyərək mina bəlasından xilas ola biləcəyimizə ümid edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]